• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Hər il dünyada ən çox insan öldürən 12 təhlükəli heyvan - FOTOLAR

  • Maraqlı
  • 18 İyul 2015 20:43
  • 5 198 Baxış
Hər il dünyada ən çox insan öldürən 12 təhlükəli heyvan - FOTOLAR

Hər il yüzlərlə insan ya ehtiyatsızlıq üzündən, ya da digər səbəblərdən heyvanların hücumuna məruz qalır. Təəssüf ki, bir çox hallarda dünyanın ayrı-ayrı ölkələrində yaranan belə təhlükəli vəziyyətlər insan ölümləri ilə nəticələnir.

Publika.az ən çox insan öldürən heyvanların adlarını təqdim edir:

Leopardlar bu siyahıda ilk yerlərdən birini tutur. Orta çəkiləri 70 kiloqramdan çox olan bu yırtıcılar elə ağırlıqları ilə qadınları, uşaqları, qocaları parçalayırlar. Yalnızlığı sevib insanlarla qarşılaşmaqdan qaçan leopardlar hər il dünyada 15 insanın ölümünə bais olurlar.

Təəccüblənməyin, ancaq nə qədər qəribə görünsə də, inəklər də bu siyahıda yer alırlar. Bəzən sahibləri tərəfindən hürküdülən bu heyvanlar insanlara hücum edirlər. Hər il orta hesabla 80 nəfər inəklərin ayaqları altında can verir.

Ayrı-ayrı təşkilatların hesabatlarına görə hər il 170 insan itlərin hücumuna məruz qalır. Ən pis sonluqla – ölümlə nəticələnən təhlükəli anlar üstünlük təşkil edir.

Şimali və Cənubi Amerikada, eləcə də Afrikada yaşayan iri qarışqalar hər il orta hesabla 190-200 insanın ölümünə səbəb olurlar. Onların qurbanları əsasən xəstələr və hərəkət qabiliyyətini itirən insanlardır.

Aslanlar haqqında geniş bəhs etmək istəmirik. İnsanların onların ovlarına göz dikdiyini düşünən heyvanlar "şah"ı qarşılarına çıxan hər kəsi öldürürlər. 2012, 2013 və 2014-cü illərdə bu rəqəm orta hesabla 240 nəfər olub. Orta hesabla...

Pələnglər bu siyahıda aslanları da üstələyirlər. Onlar son illər ən azı 300 insanı parçalayıblar.

1,5 ton çəkisi olan vəhşi camış Bufalo insanlara özü hücum edir. Vəhşi camışların ayaqları altına salıb öldürdükləri insanların sayı 400-ə qədərdir.

Dünyanın bir sıra ölkələrində insanların dostu sayılan fillər duyğusal olduqları üçün bəzən sahiblərinə hücum etməkdən çəkinmirlər. Bir sıra hallarda aressivləşən qurunun ən nəhəng heyvanı ildə orta hesabla 480-500 insanın həyatının sonunu gətirir.

Timsahlar – bir sıra ölkələrdə onları haqlı olaraq ölüm "makina"ları adlandırırlar. Su hövzələrində çox asanlıqla "kamifulyaj" oluna bilən bu yırtıcılar hər il ən azı 250 insanı parçalayırlar.

İnsanları görən kimi onlara hücum çəkən su ayğırları ən təhlükəli heyvanlardandır. Təqdim etdiyimiz siyahıda üçüncü yerdə məhz onlar qərarlaşıb. Ölüm su ayğırlarının 50 santimetrlik dişləri arasında qaçılmaz olur. Qeyd edək ki, 2005-cü ildən bu günə kimi hər il 3000 insan bu heyvanların qurbanına çevriliblər.

Ölkəmizin bir sıra yerlərində də kifayət qədər yayılmış zəhərli əqrəblərin təhlükəli olması barədə ətraflı bəhs etməyə lüzum görmürük. Onlar Yer üzünün yaşadıqları hər bir yerində insanlar üçün təhlükəlidir. Bunu hər il 4000 insanın əqrəblərin zəhəri üzündən dünyadan köçmələri də sübut edir.

Dünyada ən çox insan öldürən heyvanlar ilanlardır. Bəzilərimizin zooparkda, bəzilərimizin isə hind filmlərində gördüyümüz, hətta görünüşləri ilə belə, adamda vahimə yaradan Kobradır. Bu ilanlar hər il Hindistanda 4000 inanın ölümünü tezləşdirirlər. Ümumilikdə isə ilanlar hər il Yer üzündə 50 mindən çox insanın ölümünə səbəb olurlar. Kiçik rəqəm deyil...

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR