ŞOK YENİLİK: Allah zərrəciyi tapıldı - FOTO
Bizi izləyin

Bilgi.az

ŞOK YENİLİK: Allah zərrəciyi tapıldı - FOTO

Avropa Nüvə Tədqiqatları Təşkilatında (European Organization for Nuclear Research – CERN) materiaynın elmə bəlli ən kiçik zərrəciklərindən olan pentakvark hissəciyi müşahidə edilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, atomdan kiçik zərrəcik xüsusi qurğu – Böyük Hadron Toqquşdurucusunda (Large Hadron Collider – LHC) müşahidə olunub.

Bundan əvvəlki müşahidələr doğru çıxmamışdı.

Qısaömürlü zərrəcik

Beş kvarkdan ibarət qeyri-adi zərrəcik onillik araşdırmadan sonra, onun varlığına inam tamamilə itiriləndə tapılıb.

Qısaömürlü "pentakvark"ı Avropa Nüvə Tədqiqatları Təşkilatının Cenevrədəki toqquşdurucu qurğusunda qeyri-sabit zərrəciklərin parçalanmasını izləyən tədqiqatçı alimlər aşkar ediblər.

Sınaqların sözçüsü Guy Wilkinson deyib ki, bu kəşf atom nüvələrini dağılmağa qoymayan güclü nüvə qüvvəsinin fiziklər tərəfindən dərk olunmasında yeni eranın başlanğıcı sayıla bilər.

"Pentakvark" – zərrəcik, yoxsa qüvvə?

"Pentakvark" sadəcə yeni zərrəcik deyil. Bu adi proton və neytronların tərkib hissəsi olan kvarkların əvvəllər müşahidə edilməmiş bir şəkildə məcmusunu nümayiş etdirən hadisədir.

"Pentakvark"ın öyərinlməsi ilə insanlar da daxil bütün materiyanın daha yaxşı başa düşülməsinə yol açılır.

Protonlar və neytronlar bir-birnə bağlı üç növ kvarkdan ibarətdir. Lakin nəzəriyyəçilər hesablayıblar ki, kvarkların sayı 5 ola bilər. Belə hissəciklər kvant xronodinamikasının (quantum chromodynamics- QCD) öyrənilməsi üçün münbit zəmin yarada bilər. Kvant xronodinamikası kvarkları birgə saxlayan qüvvəni izah edən nəzəriyyədir.

Xırda zərrəciklərin qırıntıları arasında

Hələ 2002-ci ildə Yaponiyanın Harimadakı SPring-8 sinxrotonunda çalışan alimlər protondan 1, 5 dəfə ağır olan "pentakvarkı" aşkar etdiklərini elan etmişdilər. Onlar "pentakvarkı" yüksək enerjili protonlarla neytronların toqquşma "qırıntıları" arasında tapdıqlarını bildirirdilər. Bir ilin ərzində dünya boyunca daha on laboratoriya eyni nəticəni əldə etdiyini bildirmişdi.


Lakin başqa çoxsaylı sınaqlar belə bir nəticə əlıdə edə bilməmişdi və odur ki, 2005-ci ildə "pentakvark"ın tapılması "xəyal" elan edildi.

Virciniyanın Nyuport Nyuz məntəqəsindəki Thomas Jefferson Milli Akselerator Qurğusunda (National Accelerator Facility) SPring-8 hesablamasının təkrarı isə "pentakvark"ın mövcudluğunu ümumiyyətlə istisna etmişdi.

"Müəmmalı hadisə"

Bu hadisə bir də onu nümayiş etdirmişdi ki, əldə olunmuş hesablamalar alimləri mövcud olduğundan daha çox zərrəcik "görməyə" vadar edib yanılda bilər.

2008-ci ildə dərc olunmuş Review of Particle Physics məcmuəsi "pentakvarkı" "elm tarixində müəmmalı epizod" adlandırıb. Pentakvark rəsmi məcmuənin son kataloquna da daxil edilməyib.

Lakin indi pentakvarkın mövcudluğunu isbat edən eksperimentdən sonra zərrəcik siyahıya daxil edilməlidir.

Çünki fiziklər trilyonlarla atomdan kiçik zərrələrin parçalanması zamanı gözlənilmədən çəkiləri 4, 38 və 4, 45 giqaelektronvolt olan (müvafiq olaraq protondan 4, 67 və 4, 74 dəfə ağır) iki qısaömürlü obyekti müşahidə ediblər. Bu nəticə 2009 və 2012-cci illər arassında əldə olunmuş nəticələrin analizi əsnasında üzə çıxıb.

Kvarklar və antikvarklar

Yeni obyektləri ölçdükdən və və başqa mümkün zərrəcikləri istisna etdikdən sonra alimlər qrupu belə bir nəticəyə gəlib ki, pentakvarklar iki müxtəlif konfiqurasiyada mümkündür. Zərrəciyə iki üst kvark, bir aşağı kvark və iki antikvark daxildir.

Nyu Yorkdakı Syracuse Universitetindən Sheldon Stone bildirir ki, 2012-ci il sınaqlarında alimlər nəticəni təhqiqatın "yan məhsulu" kimi təsadüfən əldə ediblər.

"Biz o zaman tamamilə başqa bir obyekti araşdırırdıq, odur ki, bu nəticəyə məhəl qoymamışdıq. Tarixən pentakvark iflası bizi qorxutduğundan biz bütün mümkün nəticələri yoxladıq" – deyir Stone.

Zərrəcik olmayan yerdən siqnal çıxmaz?

Alimlər öz kəşflərinin mövcudluğuna qəti əmindirlər. Onlar hesab edir ki, yeni hissəciklər mövcud olmadan siqnalların aşkar edilməsi mümkün deyil.

Digər tərəfdən başlıca narahatlıq iki mümkün interpretasiyadandır.

Oksford Unicersitetinin nəzəriyyəçisi Frank Close deyir:

"Tapılan doğrudandamı pentakvarkları yaradan prosesin siqnalıdır, yoxsa alimlər öz tapıntılarını başqa cür izah edə bilmirlər?".

Nəticələrə ehtiyatla yanaşmaq lazımdır

Yeni pentakvark 2002-ci ildə tapıldığı iddia edilən zərrəciklə eyni deyil. Bu pentakvark theta+ zərrəciyindən 3 dəfə ağırdır və fərqli kvarklara malikdir.

Alimlər inanırlar ki, bu nəticə başqa pentakvark hallarının axtarışına təkan verəcək. Onlar hesab edirlər ki, pentakvarklar çəki etibarilə müxtəlif ola bilər.

Birləşmiş Krallıqdakı Kembric Universitetinin fiziklərindən Nick Manton bildirir ki, ilkin nəticələrə ehtiyatla yanaşmaq lazımdır.

"Biz bu "məxluq"un varlığını nəzəri baxımdan anlamamışıq. Lakin əgər bu, həqiqətən mövcuddursa, deməli, buna bənzər obyektlərin tapılmasına hələ uzun illər lazım gələcək" – deyir alim.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm