• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

100 yaşlı qadına hamiləlik məktubu

  • Maraqlı
  • 21 İyul 2015 00:22
  • 747 Baxış
100 yaşlı qadına hamiləlik məktubu

Böyük Britaniyada yaşayan 100 yaşlı Doris Eylinq şəhər xəstəxanasından hamiləlik haqda məktub alıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, həkimlər yaşlı qadını baxışdan keçirmək və analiz götürmək üçün onu xəstəxanaya dəvət ediblər.

Eylinq məktubu oxuduqdan sonra burada hər hansı bir səhvin baş verdiyini dərhal anlayıb. Halbuki, məktubda onun yaş və adı düzgün qeyd olunub. O deyib: "Mənim 3 övladım, 20 nəvə-nəticəm var. Düz 70 ildir ki, mən hamilə qalmamışam. Hazırda isə 100 yaşım var. Mən necə hamilə qala bilərəm?"

Xəstəxana ilə əlaqə saxladıqdan sonra burada alaşılmazlığın baç verdiyi məlum olub və xəstəxana işçiləri qadından və ailə üzvlərindən üzr istəyib. Qadının 76 yaşlı oğlunun sözlərinə görə, anası məktubda yzılanlara ürəkdən gülüb.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR