Azərbaycanlı Çarli Çaplin növbəti mərhələdə - VİDEO
Bizi izləyin

Bilgi.az

Azərbaycanlı Çarli Çaplin növbəti mərhələdə - VİDEO

"America's Got Talent" müsabiqəsində Çarli Çaplin obrazı ilə amerikalıların rəğbətini qazanan azərbaycanlı Üzeyir Novruzov şounun seçmə mərhələsində münsiflər heyətini yenidən heyrətləndirə bilib. İyulun 21-də NBC telekanalında yayımlanan seçmə mərhələdə azərbaycanlı Çarli Çaplin nərdivanının hündürlüyünü daha da uzadaraq onun üzərində uğurla dayana bilib.

"Amerikanın Səsi"nin "America's Got Talent" şousunun veb səhifəsindən əldə etdiyi məlumata görə, Üzeyir Novruzov münsiflər heyətinin ən sevdiyi ifaçılarından birinə çevrilib. Belə ki, onun çıxışını qiymətləndirən məşhur aktyor və televiziya aparıcısı Hovie Mandel rəğbətini gizlətməyib: "Sən tam bizim "America's Got Talent" şousunda üzə çıxartmaq istədiyimiz adamsan".

Üzeyir Novruzovu ayaq üstə alqışlayan auditoriya da onun performansını bəyəndəyinə işarə edib.

Xatırladaq ki, 4 həftə ardıcıl keçirilən JudgeCut (Münsif seçimi və ya seçmə mərhələ) mərhələsində 20 ifaçıdan yalnız 7-si canlı şoulara vəsiqə qazanır.

Üzeyir Novruzovun "Amerikanın Səsi"nə verdiyi məlumata görə isə, dünyanın məşhur səhnələrindən Radio City Music Hall-da keçiriləcək canlı şoular avqust ayının ortalarında baş tutacaq və əvvəlki mərhələlərdən fərqli olaraq burada növbəti mərhələyə keçəcək ifaçıları münsiflər heyəti deyil, televiziya tamaşaçıları göndərdikləri sms-lərlə seçəcəklər.

"Amerikanın Səsi"nin "Amerikana" proqramı Üzeyir Novruzovun Nyu-York şəhərində keçiriləcək növbəti çıxışından özəl məqamları sizə çatdıraraq azərbaycanlı Çarli Çaplinlə daha yaxından tanış olmaq imkanı yaradacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm