• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

ABŞ-da elit vətəndaşlar üçün gizli yeraltı sığınacaq inşa edilib – “Mount Weather”-dən FOTOLAR

  • Maraqlı
  • 22 İyul 2015 22:11
  • 1 182 Baxış
ABŞ-da elit vətəndaşlar üçün gizli yeraltı sığınacaq inşa edilib – “Mount Weather”-dən FOTOLAR

ABŞ-da böyük fəlakətlərin baş verəcəyi təqdirdə vətəndaşlar üçün gizli yeraltı sığınacaq inşa edilib.

Publika.az xəbər verir ki, "Mount Weather" adlanan yeraltı məkan ölkənin nüvə təhlükəsi, təbii fəlakətlərlə üzləşəcəyi təqdirdə amerikalıları xilas etməyə hesablanıb.

Elə bu məsələdə də ölkə vətəndaşları arasında əsrlərdir mövcud olan ayrıseçkiliyin yeni bir forması özünü göstərir. Maraqlı cəhət burasındadır ki, "Mount Weather" adlı yeraltı məkanı ABŞ-ın elit ailələr üçün nəzərdə tutulub. Başqa sözlə desək, Biləşmiş Ştatlar gələcəkdə hər hansı qlobal fəlakətlə üzləşərsə, burada ölkənin aristokrat hesab edilən vətəndaşları sığına, orada bir müddət yaşaya biləcəklər.

Yeraltı məkan olduqca güclü şəkildə mühafizə edilir. Əraziyə giriş-çıxış, hər hansı foto-video çəkilişlər qəti qadağandır. İndi "Mount Weather" yeraltı məkanına hətta yüksək vəzifəli şəxslər, imkanlı adamlar da daxil ola bilmirlər. Yalnız gələcəyə hesablanmış bu gizli ərazidə uzunmüddətli yaşayış üçün hər cür şərait yaradılıb.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR