• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Bu əzələlər onun ölümünə səbəb olacaq - FOTOLAR

  • Maraqlı
  • 11 Mart 2014 11:41
  • 2 249 Baxış
Bu əzələlər onun ölümünə səbəb olacaq - FOTOLAR

O, inanılmaz, ağlagəlməz ölçüdə bisepslərə malikdir. Bisepslərin ölçüləri o qədər böyükdür ki, normal insanın baldırları boydadır.

Braziliyalı Arlindo de Souzanı misilsiz, tayı-bərabəri olmayan insan saymaq olar. Onun bisepslərinin diametri 73,7 santimetrdir.


Həkimlər isə deyirlər ki, məşhurluğa can ataraq bədəninə benzin və spirt qarışığı inyeksiyası vuran, bisepslərinin ölçülərini bu minvalla artıran Arlindonun həyatı ölümcül təhlükədədir.

"Bu insan bədəninə potensial ölüm təhlükəli qarışıq yeritdiyindən ciddi infeksiyaya yoluxma riskini daşıyır. Biz ona yardım edə bilmərik, çünki adam özü özünə divan tutub", - həkimlər deyirlər.


Milli.Az Daily Mail-ə istinadən bildirir ki, yaşadığı təhlükəni Arlindo de Souza da anlayır. Onun dediyinə görə, biseps və ya başqa əzələlərin ölçülərini böyütmək üçün bədənlərinə inyeksiya vuran dostları var.


"Onların bəziləri artıq ölüblər. Risk etdiyimi başa düşürəm. Amma nə edim ki, əzələlərimin böyük, güclü olmasını istədim", - Arlindo söyləyib.

Əzələləri şişirtmək üçün bədənlərinə inyeksiya vuranların bəzilərinin qolları amputasiya olunub, bəziləri isə ölüblər.

Braziliyanın Pernambuku ştatında, Olinda ştatında yaşayan de Souza "The Mountain" ("Dağ") ləqəbi ilə tanınır.


"Dostum Paulinyo da mənim kimi bisepslərini şişirtmək üçün benzin və spirt qarışığını bədəninə vurmuşdu. O öldü. Çünki çox vurmuşdu. Mən də etmişəm, amma kimsəyə təkrarlamağı məsləhət bilmirəm. Bir daha da təkrarlayan deyiləm. Bəlkə, elə buna görə sağ qalmışam, - Arlindo de Souza söyləyib. - Həmin gün məşq edirdim. Tanışlarımdan biri dedi ki, əzələ şişirtməyin yolunu bilir. Neft və spirt qarışığını vurdum. Bisepslərim az qala göz qarşısında şişdi".


Arnold Şvartsneggerin fanatı olan Arlindo indi steroidlər, hormonlar və at vitaminlərindən ibarət qarışıqlar qəbul edir. Arlindo indi qoca anası Jorzefa Qomes de Souza ilə birlikdə yaşayır.

Onun qardaşı, 56 yaşlı Adrianonun dediyinə görə, qardaşı çox güclüdür. Bacısı Marineyde isə deyir ki, qardaşına yazığı gəlir: "Belə bisepslər anormallıqdır. Qardaşım əzab çəkir".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR