Azərbaycanlı Çarli Çaplin növbəti mərhələdə - VİDEO
Bizi izləyin

Bilgi.az

Azərbaycanlı Çarli Çaplin növbəti mərhələdə - VİDEO

Əslən azərbaycanlı olan 39 yaşlı Üzeyir Novruzov, "America’s Got Talent" televiziya şousunda növbəti mərhələyə keçib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, həmyerlimiz ilk dəfə iyun ayında şou proqramda çıxış edərək öz məharətini göstərib. O, Çarli Çaplin obrazı ilə amerikalı jürilərin rəğbətini qazana bilib. Bu azmış kimi, Novruzovun nərdivanla göstərdiyi tamaşasını izləyicilər ayaq üstə alqışlayıb. Hətta jüri heyəti onu dahi adlandıraraq yekdilliklə səs verib.

Növbəti mərhələyə keçən Novruzov bu dəfə də istedadını nərdivanla sınayıb. O, üçüncü mərhələyə keçmək üçün şans qazanıb.

Nömrənin sonunda Novruzov məşhur ifaçı və jüri heyətinə daxil olan Maykl Bubleni də nərdivanla şou göstərməyi öyrədib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm