Ölümünə gülən adamlar: ölümdən saniyələr öncə çəkilən FOTOLAR
Bizi izləyin

Bilgi.az

Ölümünə gülən adamlar: ölümdən saniyələr öncə çəkilən FOTOLAR

Dünya şöhrətli yazıçı Cek London yazırdı ki, ən ağılsız it belə, ölümə bilə-bilə getməz. Başqa bir dahi isə dünyada hər kəsin cənnətə getmək istədiyini, amma heç kimin ölmədiyini vurğulayırdı. Doğrudan da ölüm Yer üzündə insanların ən çox qorxduqları şeydir.

Barəsində yazdığımız insanlar isə ölümdən qorxmayan, həyatlarının son anlarında çəkdirdikləri fotolara gülümsəyən qorxmazlardır. Onlar edamlarından saniyələr öncə gülərək tarixə düşüblər. Bununla da ölümdən qorxmadıqlarını sübut ediblər.

Publika.az təbəssümləri ilə tarixə düşmüş insanlarla maraqlı anları təqdim edir:

İkinci Dünya Müharibəsində Yaponiya Hərbi Hava Qüvvələrinin 23 yaşlı təyyarəçisi, kamikadze Kiyoşi Oqaşa ölümündən bir neçə dəqiqə əvvəl çəkdirdiyi xatirə fotosunda gülümsəyir, sonra isə hamıyla görüşərək səmaya qalxır. Bu, təyyarəsini ABŞ-ın hərbi gəmisinə çırpan 23 yaşlı kamikadzenin son fotosu olur.

Yaponiya Hərbi Hava Qüvvlələrinin 17 yaşlı təyyarəçisi Yukio Arakki isə ABŞ-ın Xirosimo və Naqasaki şəhərlərinə atom bombası atmasının əsas səbəbkarıdır. 1945-ci ildə gülər üzlə həyatının son fotosunu çəkdirib, səmaya qalxmış 17 yaşlı yeniyetmənin hərbi hava maşınını ABŞ-ın hərbi təyyarə daşıyan gəmisinə çırpması amerikalılara baha başa gəlir. Bütövlükdə gəmini və onun yüzlərlə heyətini məhv etmiş kamikadzenin intiharı Pentaqon rəsmilərinin dəhşətə gətiririr. ABŞ rəhbərliyi növbəti ağır itkilərdən sığorta olunmaq üçün yapon şəhərlərinə atom bombası atmaq qərarına gəlir. Beləcə, Yukio Arakki Xirosimo və Naqasaki faciələrinin səbəbkarına çevrilir.

Xorvatiya əsilli partizan Stepan Filipoviçin heykəli indi öz Vətənində ucalmaqdadır. Ölüm cəzasına məhkum edilimiş bu insan edamdan bir neçə dəqiqə əvvəl qollarını qaldıraraq, "faşizmə ölüm" - deyə qışqırır və sonra da gülümsəyir. Bu səbəbdən onu 15 dəqiqə tez edam edirlər.

Fransız Georgi Blind də 1944-cü ildə əsgərlər tərəfindən güllələnməzdən saniyələr öncə düşmənlərinin üzünə baxaraq gülümsəyərək ölümünü təbəssümlə qarşılayanlar siyahısına düşüb.

İkinci Dünya Müharibəsi dönəmində Zuikako hərbi təyyarəsinin vurulub batma anı da dünya tarixində hələ çox xatırlanacaq məqamlardandır. Sualtı qayıq tərəfindən hücuma məruz qalmış gəmi tədricən batmağa başlayır. Bu vaxt gəmidəki hərbi fotomüxbir batan gəminin fotosunu çəkir. Göyərtədə olanlardan biri gülümsəyərək, fotoqrafa nikbin poz verir.

Təbəssümü ilə tarixə düşmüş adi insanlardan biri də rus casusudur. Ölkəsinin xeyrinə casusluq etmiş əsgərə edam cəzası kəsirlər. Güllələnmək üçün meşəyə gətirilən casus ona doğru uzanmış tapançanın lüləsini gördükdə fotokameraya baxıb gülümsünür. O, bu təbəssümdən 5 saniyə sonra güllələnir. Beləcə, özündən sonra tarixə çox maraqlı bir foto buraxıb gedir. Saniyələr sonra öləcəyini bilə-bilə...

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm