• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

İş və dərs saat 5-də başlayacaq - Şimali Koreyada

  • Maraqlı
  • 24 İyul 2015 09:23
  • 998 Baxış
İş və dərs saat 5-də başlayacaq - Şimali Koreyada

Şimali Koreyada isti hava şəraitinə görə, iş və dərs saatları dəyişdirilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, yeni qanuna əsasən iş və dərslər səhər saat 5-də başlayacaq.

Məlumatda bildirilir ki, dövlət müəssisələri, zavod və məktəblərin iş fəaliyyəti səhər saat 5-dən (əvvəllər səhər saat 8-də başlayardı) 13:00-a kimi davam edəcək.

Yeni tərtib edilmiş qanundan sonra işə gecikənlərin sayı da az olmayıb. Bununla belə, işin tez başlayıb tez bitməsi sakinlər üçün də əlverişli deyil. Çünki dövlət müəssisələri tez işini bitirir. Dövlət məmurlarının sözlərinə görə, onlar bu addımı əməyin yaxşılaşdırılması üçün irəli sürüblər lakin, sonrakı prosesləri nəzərə almayıblar.

İlk dəfə yay aylarında iş saatlarının dəyişdirilməsi sabiq Şimali Koreya lideri Kim Çen İrin vaxtında irəli sürülüb. Pxenyanda bir çox müəssisələrdə kondisioner olmasına baxmayaraq, yayda quraqlıq olur. Nəticədə, hidro elektrostansiyanın da işində məhdudiyyətlər yaranır ki, bu da birbaşa texnikaya və enerjiyə təsir göstərir.

Qeyd edək ki, Şimali Koreyada iyul və avqust aylarında orta temperatur 29 dərəcədir.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR