Lerikdə 3 min il yaşı olan daş qəbir tapıldı - FOTO
Bizi izləyin

Bilgi.az

Lerikdə 3 min il yaşı olan daş qəbir tapıldı - FOTO

Lerikdə aparılmış arxeoloji qazıntılar zamanı 3000 illik tarixə malik daş qutu qəbirlər aşkarlanıb.

Bu barədə Publika.az-a AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeoloji abidələrin külliyyatı şöbəsinin rəhbəri, Cənub-Şərqi Azərbaycanın arxeoloji abidələrinin tədqiqi ekspedisiyasının və Azərbaycan-Fransa beynəlxalq arxeoloji ekspedisiyasının rəisi Abuzər Ələkbərov məlumat verib. Onun sözlərinə görə, tədqiqatı İnstitutun əməkdaşları Fransanın Milli Tədqiqatlar Mərkəzi və Parisin Sen-Jermen Milli Muzeyi əməkdaşlarının birgə aparıb.

XIX əsrin sonlarında həvəskar fransız arxeoloq Jak de Morqan və qardaşı Henri Morqan Lerikdə arxeoloji kəşfiyyat aparıblar. Həmin işlərin nəticəsi olaraq son Tunc və ilk Dəmir dövrünə aid daş qutu qəbirlər və xeyli miqdarda arxeoloji materiallar üzə çıxarılıb. Tapılan materiallar, o cümlədən keramika məmulatları, bəzək əşyaları, silahlar və s. Fransaya aparılıb və hazırda Sen-Jermen Muzeyində mühafizə olunur.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm