Hitlerçilərin ən çox axtardıqları yəhudilərin qaçış planı üzə çıxdı - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Hitlerçilərin ən çox axtardıqları yəhudilərin qaçış planı üzə çıxdı - FOTOLAR

Faşist Almaniyasının 1939-cu ilin sentyabrın (Polşaya hücumdan sonra )1945-ci ilin aprelinədək həyata keçirdiyi yəhudi qırğınları zamanı labüd ölüm təhlükəsindən xilas olmuş 2 girovun inanılmaz üsullarla qaçış planlarının bəzi təfərrüatları uzun illər sonra məlum olub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Alfred Vetzler və Rudolf Frba adlı girovlar indi bir çoxları tərəfindən xortdan – ölümdən qayıtmış şəxslər adlandırılırlar.

Məlum olub ki, onlar bir milyondan çox yəhudinin xüsusi sobalarda bişirildiyi, qaz kameralarında zəhərləndirildiyi, tibbi təcrübələrlə öldürüldüyü məşhur "Ausvitz" ölüm düşərgəsindən qaçmaq üçün ağlagəlməz üsula əl atıblar. Onlar həmvətənlərinin yandırılması üçün nəzərdə tutulan yaxınlıqdakı odunların arasında gizləniblər. Almanların iy bilən məşhur ovçarkaları və şeytan ruhlu əsgərləri onları bir neçə gün axtarsalar da, tapa bilməyiblər. Əlverişli məqamda ölüm düşərgəsindən qaçmış yəhudilər əvvəlcədən böyük azuqə ehtiyatı toplamağı da unutmayıblar.

2 əsgər forması, xəritə, konserv və digər ərzaq ehtiyatı əldə edən yəhudilər ilk fursətdə gizləndikləri yeri tərk ediblır. Bir neçə həftə ərzində 133 kilometr yolu piyada qət edərək, Bolonyaya çatan "xortdan"ları yolda da heç bir faşist ələ keçirə bilməyib.

Alfred Vetzler və Rudolf Frba faşistlər tərəfindən öldürülmüş 1 milyonluq yəhudidən digər qeyri-adi bacarıqları ilə də seçiliblər. Məsələ burasındadır ki, "Ausvits" ölüm düşərgəsini tikanlı məftillər, yüksək gərginlikli elektrik xətləri, ovçarkalar və yüzlərlə faşist əsgəri qoruyurdu. Hər iki gəncin bu düşərgənin hasarlarından necə çölə çıxmaları hələ də öyrənilməyib.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm