Qeyri-adi qadın: həyatında baş verən hər şeyi anbaan xatırlayır – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Qeyri-adi qadın: həyatında baş verən hər şeyi anbaan xatırlayır – FOTOLAR

ABŞ-ın Nyu-York şəhərində yaşayan yazıçı Cil Prayz qeyri-adi yaddaşı ilə tibb elmində hipertemiziyanın əsasını qoyub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu qadın hipertemiziya diaqnozu qoyulmuş ilk pasiyentdir. Həkim Ceyms Makqouya elektron məktubla müraciət etmiş Cil Prayz 11 yaşından bu günə kimi həyatının hər günündə baş verənləri anbaan yadda saxladığını bildirib:

"Mən 1984-cü ildən bu günə kimi baş verən hər şeyi yadımda saxlayıram. Təqvimə baxmadan istənilən günün həftənin neçənci gününə düşdüyünü, üstəlik, həmin gün havanın temperaturunun necə olduğunu deyə bilərəm".

Onun müraciətindən sonra Kaliforniya Universitetinin alimlərinən ibarət xüsusi qrup yaradılıb. Elizabet Parker, Larri və Ceyms Makqoudan ibarət tibbi komissiya üzvləri Cil Prayzı sorğu-sual ediblər. Həkimlər qadının ona ünvanlanmış suallara verdiyi cavabdan şoka düşüblər. Belə ki, Cil Prayz 1984, 1986, 1987, 1989, 1990, 1992, 1994, 1995, habelə 1996, 1998-ci və ondan sonrakı illərin ayrı-ayrı aylarının istənilən günlərinin həftənin neçənci gününə təsadüf etdiyini, həmin günlər havanın temperaturunun neçə dərəcə təşkil etdiyini, hətta soruşulan günlərdə ölkədə hansı hadisələrin baş verdiyini dərhal cavablandırıb.

Tibb ekspertləri bu qeyri-adi zəkaya malik qadının beynini araşdırmağa başlayıblar. Cil Prayzın beyin hüceyrələri barədə məqalələr mətbuatda dərc olunub. Onun haqqında "Heç nəyi unutmayan qadın" adlı kitab işıq üzü görüb.

Cil Prayz hal-hazırda Hollivud yaxınlığında yəhudilər üçün nəzərdə tutulan məktəblərdən birində işləyir.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm