Sevgilisi ilə “Skype”-da rahat danışması üçün uşağını boğdu - Fotolar
Bizi izləyin

Bilgi.az

Sevgilisi ilə “Skype”-da rahat danışması üçün uşağını boğdu - Fotolar

Sevgilisi ilə “Skype”-da rahat danışması üçün uşağını boğdu -Fotlar

Norveçin Oslo şəhərində ana öz övladını boğub öldürdü.

35 yaşlı britaniyalı Ammaz Qureşi 28 yaşlı Yasmin Çaudhri ilə internet vasitəsilə rahat danışması üçün anaya 1 yaşlı qızını suda boğmağa göstəriş verib.

Cinayət hadisəsinə görə hər ikisi Oslo məhkəməsi tərəfindən mühakimə olunacaq. Evli olan Qureşi Çaudhri ilə 2010-cu ildə Londonda tanış olub. Tanışlıqdan iki ay sonra Osloya qayıdan Çaudhri onunla münasibətlərini kəsməyib. Hər dəfə internetdə danışarkən Qureşi Çaudhriyə qızına əzablar verməyi öyrədirmiş. “Skype”-da ana öz qızını susdurması üçün Qureşiyə göstərə-göstərə acılı istiot verər, əl-qolunu iplə bağlayardı.

İnternetdə söhbət edərkən yenidən ağlayan qızcığaza Qureşi Çaudhriyə qızını başqa cür cəzalandırma yolunu öyrədir. Ana iki dəfə 1 yaşlı qızının başını su dolu vedrəyə salıb çıxardır. Uşaq suyun altında ikinci dəfə olarkən huşunu itirir. Təcili tibbi yardımın köməyinə baxmayaraq qızcığaz xəstəxanada vəfat edib. Bundan əlavə ananın tez-tez qızını döyməsi, soyuq su altında saxlaması, uşaq arabasında əl-qolunu bağlaması, yerdə yatmağa məcbur etməsi kimi faktlar da aşkarlanıb.

Məhkəmə prosesi hələ də davam edir.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm