• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Hitler barəsində maraqlı faktlar ortaya çıxdı - FOTOLAR

  • Maraqlı
  • 1 Avqust 2015 22:15
  • 8 067 Baxış
Hitler barəsində maraqlı faktlar ortaya çıxdı - FOTOLAR

Almaniya nasist lideri Adolf Hitler barəsində indiyədək məlum olmayan bir sıra faktlar ortaya çıxıb.

Publika.az qərb mətbuatına istinadən xəbər verir ki, həmin məlumatlarda faşistlərin rəhbərləri ilə bağlı bəzi maraqlı məqamlar yer alıb. Hitlerin bioqraflarının sözlərinə görə o, ilk dəfə ölümlə hələ 4 yaşında üzləşib. Lakin rahiblərdən biri uşağı boğulmaqdan xilas edib.

Vegeterian olan nasist lideri bir çox heyvanların kəsilməsini qadağan edən qanunlar vermişdi.

Sən demə, onun ilk sevdiyi qız milliyyətcə yəhudi olub. Lakin utancaq Adolf bu qıza öz ürəyini aça bilməmişdi.

Birinci Dünya Müharibəsi zamanı alman əsgərinin həyatını xilas edir. Araşdırmaçılar bu şəxsin Adolf Hilter olduğunu bildirirlər.

Alman füreri Liverpulda yaşayan qardaşı oğlunun evinin bombalanmasını əmr etmişdi. Alman hərbi təyyarəçiləri fürerin bu göstərişini yerinə yetirmişdilər. Hilterin qohumu da öz növbəsində onun bu əmrini cavabsız qoymadı. O, amerikalılara qoşularaq faşistlərə qarşı döyüşməyə başladı.

Hakimiyyətinin 6-cı ilində - 1939-cu ildə Nobel mükafatına namizəd göstərildi.

Hitlerin babası 1877-ci ildə soyadını dəyişdirməsəydi, ötən əsrin ən qanlı diktatorlarından olan bu şəxs indi Adolf Hitler yox, Adolf Şiklqruber adlanacaqdı.

Balaca Hitlerin uşaqlıq yaşlarında ən böyük arzusu rahib olmaq idi. Lakin sonradan bu arzu başqa istəklərlə əvəz olundu.

Qəribədir ki, nasist liderinin ailə həkimi də milliyyətcə yəhudi idi. Adolf hakimiyyətə gəldikdən sonra ona toxunulmazlıq vermişdi. Bu şəxs faşistlərin güzəşt etdikləri yəhudilərdən biri idi.

Nasistlərin rəhbərinin masasının arxasında Amerikanın məşhur sahibkarı, avtomobil zavodunun rəhbəri Henri Fordun portreti asılmışdı. Adolf Hitler bu portretə ilham mənbəyi kimi baxırdı. Qeyd edək ki, Henri Fordun özü Hitlerlə eyni ayda – apreldə, lakin 2 il sonra 1947-ci ildə dünyasını dəyişdi.

Yeri gəlmişkən, Hitler tez-tez gözlərinin Almaniyanın kayzerlərindən birinin kabinetindəki portretinə zilləyir, portretin ona kömək edəcəyini düşünürdü.

Əsası ABŞ-da qoyulmuş həftəlik "Time" jurnalı 1938-ci ildə Hitleri "İlin adamı" elan etmişdi. Bu jurnal həmin dövrdə kifayət qədər polulyar idi.

Özünü Fransanın məşhur imperatoru Napoleona bənzədən Hitlerin də Bonapart kimi ailurofobiya – yəni pişik qorxusu vardı. Milyonlarla almanın qorxduğu Adolf özü pişiklərdən qorxurdu.

O, yəhudilərə aid əsərləri "Museum of An Extinct Race" adlı muzeydə toplamışdı.

Başqa bir paradoksal məqam ondan ibarətdir ki, yəhudilərə patoloji nifrəti ilə seçilən Adolf Hitler yəhudi əsilli avstriyalı psixoloq, psixiatr və nervoloq, psixoanalizin banisi Ziqmund Freydlə birlikdə Vyanaya qəhvə içməyə gedirdi.

Maraqlıdır, Hitler avtomobil sürməyi özü, təkbaşına öyrənmişdi. Özü də sürücülüyə icazə sənədi olmadan. Nasist lideri ilk sürücülüyü Volksvagen markalı avtomobildə mənimsəmişdi.

Adolf Hitlerin "Mayn Kampf" ("Mənim mübarizəm") kitabı Almaniyada evlənən hər bir gəncə pulsuz paylanılırdı. Onun şəklinin olduğu poçt markaları isə nasistlərə milyonlar qazandırırdı.

Bu yaxınlara qədər dünyanın axtardığı "Bir nömrəli terrorçu" Üsamə bin Laden kimi 1945-ci ildə dünya ölkələrinin axtardıqları Adolf Hitlerin də ölümü mayın 1-də elan edildi. Əli yüz minlərlə insanın qanına batmış hər iki şəxsin ölüm xəbəri eyni günə, lakin fərqli illərə təsadüf edir.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR