• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Ay Allah, bu müdirdən 5 dənə ver...

  • Maraqlı
  • 3 Avqust 2015 09:23
  • 1 385 Baxış
Ay Allah, bu müdirdən 5 dənə ver...

Biri şirkətin gəlirini işçilərlə bölür, o biri ən bahalı tətillərə zorla göndərir... Dünyanın ən səxavətli müdirləri və onların çılğın jestləri

"Yemeksepeti’nin qurucusu Nevzat Aydının Türkiyə mətbuatına verdiyi müsahibə ciddi rezonans doğurub. Məlumdur ki, adam öz müsahibəsində necə səxavətli olduğunu açıqlayıb: "Şirkətin satışından gələn 27 milyon dolları 114 işçimiz arasında bölüşdürdük".

Biz Azərbaycanda belə şirkət rəhbərləri ilə qarşılaşmamışıq. Amma iş dünyası olduqca səxavətli olan rəhbərlərlə tanışdır. O siyahıya nəzər salaq və "nə üçün mənim müdirim elə deyil" sualını özümüzə verək... 9 böyük insan... Etdiklərinə və səxavətləri, anlayışları ilə insanları necə təəccübləndirdiklərinə baxaq.

Öz məvacibindən vaz keçən müdir

ABŞ-da, "Seattle"da Gravity adlı bir texnologiya şirkətinin qurucusu və rəhbəri olan Dan Price insan qaynaqları departamentindən gələn "işçilərin bədbəxt olması ilə bağlı" analiz sənədi ilə tanış olandan sonra unikal addım atıb. O, öz məvacibini haradasa sıfıra qədər azaldıb və hər kəsə yüzdə 400-ə qədər məvacib artımı edib. Pricenin bu radikal qərarı nəticəsində şirkətdəki ən aşağı məvacib isə aylıq 18 min, illik 70 min dollar oldu.

"İndi ofisi tərk edib, dərhal istirahətə çıxın"

FullContact şirkətinin rəhbəri Bart Lorant isə hər kəsi istirahətə çıxmağa məcbur edir və bunun üçün işçilərinə hər il məvacib xaricində 7 min 500 dollar ödəyir. Amma iki şərti var: birincisi bu tətil, həqiqətən də, yaxşı bir tətil olacaq və işçilər yaxşı tətil keçirdiklərini sübut edəcəklər. İkincisi də, iki həftə boyunca bir dənə də elektron məktuba cavab verməməli, şirkətdən heç kimlə əlaqə qurmamalıdılar. Lorant bir müsahibəsində aşağıdakıları deyib: "Bunu işçilərimin xoşbəxtliyi üçün yox, işimin uğuru üçün etdim. Və gözlədiyim nəticəni də aldım".

"Lazım olmadıqca ofisə getmək qadağandır"

Hər şeyi başlayan əslində NetflixE Dijital yayıncılığın lider firması, şirkətin bütün siyasətini "ofissizlik" və "iclassızlıq" üzərində qurub. Bunun ardınca media dünyasının başqa bir nəhəngi olan Virgin Group’un rəhbəri Riçard Branson işçilərinə ofisə gəlməyi qadağan edib. , bildirib ki, təcili bir vəziyyət olmadığı halda, iclas keçirməyəcək və işçilərini də bir araya gətirməyəcək. Hazırda Virgin Group şirkəti işçilərinin 80 faizi evdən işləyir.

6 400 nəfər işçisi ilə Fransaya uçub

"Tiens Group Company"nin sahibi, məşhur çinli milyarder Li Jinyuan şirkətinin 6 min 400 nəfər işçisi ilə birlikdə eyni anda Fransaya tətilə gedib. Məşhur iş adamının bu səxavətinə isə şirkətin quruluşunun 20-ci ildönümü səbəb olub. Maraqlıdır ki, 6 min 400 nəfər işçinin Fransa və Monakko tətilinin maliyyəti 15 milyon dollar olub.

1700 işçisi ilə gəmiyə minib getdi...

Başqa bir toplu tətil həvəskarı isə məşhur televiziyaçı Oprah Vinfreydir. O isə şirkətin yox, özünün 55-ci ad günündə 15 günlük bir Ağdəniz turu təşkil edib və 1700 işçisini də özü ilə aparıb. Nəhəng bir gəmi ilə Türkiyədən İspaniyaya bütün Ağdəniz sahillərini dolaşan heyətin tək bir əməkdaşının tətilinin maliyyəsi isə 7 min dollar olub.

"Təhsil xərcləri məndən..."

"Boxed" adlı oyun şirkətinin rəhbəri Chieh Huangın addımı isə olduqca fərqli olub. Belə ki, o, işçilərinin daha çox öz uşaqlarının gələcəyi ilə bağlı narahatçılıq keçirdiyini hiss edib. Günlərin bir günü o, 1222 işçisinə heç gözləmədikləri bir anda bu açıqlamanı verib: "Neçə uşağınızın olmasının və onların xərclərinin nə qədər olmasının heç bir önəmi yoxdur. Onların bütün universitet xərcləri mənim üzərimdədir".

Huang məhz bu hərəkətinə görə 2015-ci ilin ən yaxşı müdiri seçilib.

"100 milyon dolları bölüşün"

Single Platform adlı start-upın qurucusu və rəhbəri Viley Cerilli isə şirkətini sıfırdan qurub, 100 milyon dollara satıb. Özü heç bir pul almadan, bu məbləği işçiləri arasında bölüşdürüb. Bölmə zamanı işçilərin iş stajı, performansları da nəzərə alınıb. Maraqlıdır ki, ən yüksək məbləğ 1 milyon dollar, ən aşağısı isə 10 min dollar olub.

"Hər kəsə məndən ev, maşın, almaz..."

Almaz taxanların dünyanın ən varlı adamları, onu çıxaranların isə ən kasıb olmaları iqtisadi ədalətsizliyin ən böyük simvollarından biri sayılır. Ancaq Divalidə vəziyyət fərqlidir. Almaz şirkəti Divali bütün işçilərinə lotoreya ilə 570 maşın, 200 ev və 300-dən çox almazdan hazırlanmış ləl-cəvahirat hədiyyə edib. Üstəlik, bunun üçün xüsusi bir səbəb də olmayıb.

Hər şey pul, tətil deyil hər halda. Önəmli olan niyyətdir. Kiçik bir texnoloji şirkətin qurucusu olan Dan Rice və heyəti bir Game of Thrones azarkeşi idi. Həm özünün, həm də heyətinin bu aludəçiliyini görüb, o, bazar ertəsi günü yayımlanan verilişi izləmək üçün ildə 10 gün (10 bölüm üçün) işə gəlməyi qadağan edib.

Bu da onların xəsis versiyası...

ABŞ-da aparılan müşahidələr göstərir ki, hər 4 amerikalı milyonerdən biri 100 dollardan baha olmayan ayaqqabı geyinir və hər 10-u isə öz kostyumuna maksimum 200 dollar pul ödəyir. Yalnız 50 faiz milyoner 240 dollardan baha olmayan saat almağa razıdır və onların üçdə bir hissəsi hələ 3 ili tamam olmamış avtomobil istifadə edirlər.

Varlıların harada yaşamasına gəlincə, qeyd edək ki, onlar daha çox London və Nyu-York şəhərlərini tərcih edirlər. Araşdırmalara görə, dünyada illik xərclənə biləcək sərvəti 100 milyon dollardan çox olan 63 min nəfər yaşayır. Bu adamların toplam sərvətləri isə 39,9 trilyon dollar təşkil edir.

Rəqəmlərlə bu qədər. Bu günlərdə mərkəzi Nyu-Yorkda olan "The Luxury Institute" maraqlı araşdırma hazırlayıb. Həmin araşdırmaya görə, sərvət sahibləri və milyarderlərin lüks həyat tərzi ilə bağlı bir çox yanlışlar var. Yanlışların sıralaması isə belədir:

1.Varlılar pulu asanlıqla qazanıb, asanlıqla xərcləyirlər. Halbuki onlar nəyisə satın almadan öncə yanlarında çalışan araşdırmaçıları onlara məlumat verir, ən ucuz və sərfəlisini alırlar.

2.Varlılar başqa bir aləmdə yaşayan harınlardır. Bu da elə birinci bənddəkinə bənzər bir yanlışdır. Əslində varlılar bir çox kasıblardan və ya orta sinif nümayəndələrindən fərqli olaraq daha az alış-veriş edir. Milyonerlərin həyata dair ən böyük narahatlığı isə uşaqlarını yaxşı yetişdirmək, yaşadıqları həyat standartını qoruya bilmək, eyni şəkildə valideynlərinin də yaşlılıqlarında rahat yaşayışını təmin etməkdir.

3. Milyonerlər üçün bir malın bahalı olması hər şeydən önəmlidir. Bunun yanlışlığını isə iqtisadi araşdırmalar ortaya qoyub. Varlılar həyat təcrübəsinin də qatqısı ilə keyfiyyətli malı dərhal ayırd edə bilir. Onların qabağına onlarla marka qoysan, mütləq ən keyfiyyətlisini seçəcək.

4. Varlı müştərilər heç vaxt müştəri məmnunluğu ilə bağlı rəy sorğularına qatılmırlar. Əksinə, əksər varlı müştərilər savadlı olduqları üçün bilirlər ki, markanın önəmini bu cür rəylər müəyyənləşdirir. Ona görə də maksimum aktiv olurlar.

5. Milyonerlər internetdən çox istifadə etmir. Bu da yanlış bilgidir. Vaxtının çoxunu işləməklə keçirən varlılar onlara zaman qazandıra biləcək hər şeydən istifadə edirlər. Bunların sırasında isə internet ön yerlərdədir. Onlar internetə daha çox lüks mallar, lüks xidmətləri axtarmaqla yanaşı, işlərini daha sürətlə istifadə etmək üçün baş vururlar. Yəni bank əməliyyatları və internet vasitəsilə alış-veriş üçün...

6. Bazar araşdırmaları və rəyləri varlıların satın alma qərarları üzərində təsirli deyil. The Luxury Institute’un araşdırmasında məlum olub ki, varlıların 80 faizi güvənli hesab etdikləri şəxslərin və qurumların qərarlarına önəm verir.

7. Lüks marka sahibləri, sadəcə, ən varlıları hədəf almalıdır. Əslində araşdırmalar göstərib ki, savadlı və həyatı anlayan varlılar üçün uşaqlarının, özünün səyahət planları, sağlam yaşam tərzi daha çox önəm daşıyır.

"Forbes" jurnalında tez-tez ən varlı adamların sırasında yer alan, 67,8 milyard dollarlıq sərvəti ilə birinci olan Karlos Slim 12 yaşından bu günə qədər yediyi, içdiyi və aldığı paltarlar da daxil olmaqla, bütün xərclərini bir kənara qeyd edir. 13 ildən sonra dünyanın ən varlı insanı ünvanını əldən qaçıraraq ikinci olan Bill Geyts isə dünyanın ən bahalı evində yaşayıb. Amma özəl bir təyyarəsi, gəmisi olmayıb. Heç lüks partilərə də qatılmayıb. Sərvəti 56 milyard olan Geyts gündə 17 saat çalışıb və saniyədə 250 dollar qazanır. Dünyanın ən varlıları siyahısında üçüncü olan Varren Buffetti isə maliyyə dünyasının dahisi adlandırırlar. Amma bu dahi 20 ildir eyni pul qabından istifadə edir.

1930 təvəllüdlü iş adamı Varren Buffett isə öz sərvətinin 31 milyard dolarını Bill & Melinda Gates Vəqfinə keçirməklə ABŞ-da bu günə qədərki ən böyük xeyriyyə əməlinə imza atıb. 6 yaşında ikən Coca Colaları 5 sentlik gəlirlə sataraq pul qazanmağa başlayıb. Hələ də 1958-ci ildə satın aldığı 31 min 500 dollarlıq evdə yaşayır. Varren harasa getmək üçün sürücüdən istifadə etmir. Yuxarıda da dediyimiz 20 ildir eyni pulqabından istifadə edir. Və ən maraqlısı: günorta yeməyini yemək üçün özünün idarə etdiyi maşınla McDonalds-a gəlir.

Düzdür, bayaq Paris Hiltonu alış-veriş xəstəsi kimi təqdim etdik. Amma onun barəsində də bilmədiklərimiz var. 50 milyon dollarlıq bir sərvətə sahib olan, 1981-ci il təvəllüdlü Paris Hiltonun gördüyü işlər sırasında modellik, müğənnilik, aktrisalıq da var. Hər səhər 6-da yuxurdan oyanır. O ərəfədə hansı işlə məşğul olursa, səhər saatlarında o işin dalınca gedir. Cəmi bir gecədə qatıldığı bir məclisə və ya tanıtım tədbirinə görə 1 milyon dollar qazana bilir. Elə bunun nəticəsidir ki, Hiltonun 6,2 milyon dollarlıq evində 200 kvadrat metr sahəyə malik bir geyim otağı var. Həftədə orta hesabla 30 saatını alış-verişə sərf etsə də, bu, sərvətini azaltmır. Əksinə, bəzi markalar ona öz mallarını havayı verirlər ki, reklam olsun. Məhz bu cür məsuliyyətsiz davranışlarına görə bu xanım babası Barron Hiltonun 335 milyon dollarlıq sərvətindən məhrum edilib. (musavat.com)

Xəbər lenti

DAHA ÇOX XƏBƏR