• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

ABŞ-ın “dəniz qulduru” olmuş prezidenti - FOTO

  • Maraqlı
  • 3 Avqust 2015 16:38
  • 942 Baxış
ABŞ-ın “dəniz qulduru” olmuş prezidenti - FOTO

Avqustun 4-ü ABŞ-ın ilk qaradərili prezidenti Barak Obamanın doğum günüdür.

Publika.az xəbər verir ki, 1961-ci ilin bu günündə dünyaya gəlmiş Obamanın atasının müsəlman olduğu iddia edilir.

1981-ci ildə Kolumbiya Universitetini bitirmiş Obama 10 il sonra Harvard Hüquq Məktəbinin məzunu olub. "Harvard Hüquq İcmalı" jurnalının redaktoru olmuş ilk qaradərili amerikalı 1993-cü ildə "Davis, Miner, Barnhill & Galland" firmasında vəkil olaraq səsvermə hüquqları və məşğulluq işləri üzrə ixtisaslaşıb, indi də bu firmanın məsləhətçisi olaraq qalmaqdadır.

2008-ci il prezident seçkiləri zamanı Birləşmiş Ştatlar prezidentliyinə namizəd göstərilən ilk afroamerikalı Con Makkeynə qalib gələrək ABŞ-ın 44-cü prezidenti seçilib. 2009-cu il üçün Nobel Sülh Mükafatı ona verilib. Obama "beynəlxalq diplomatiyanın və xalqlar arasında əməkdaşlığın gücləndirilməsinə sərf etdiyi böyük əməyə görə" bu mükafata layiq görülüb.

Bu foto Obama 3 yaşında olarkən çəkilib. Sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan bu şəkli paylaşanlar onun yanındakı qadının Obamanın anası olduğunu qeyd ediblər.

Anar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR