• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Köhnə məzarlar özbaşına alışıb yanır

  • Maraqlı
  • 5 Avqust 2015 15:04
  • 870 Baxış
Köhnə məzarlar özbaşına alışıb yanır

Rusiyanın Tomsk vilayətindəki qəbiristanlıqda anomal hadisələr baş verir.

Publika.az bu ölkənin mətbuatına istinadən xəbər verir ki, qəbiristanlıqdakı məzarlar özbaşına alışıb yanır. Qəribəsi odur ki, qəbiristanlıqda ancaq köhnə məzarlar alova bürünür. Bunlar qranitdən hazırlanmış qəbirlərdir.

Sonuncu belə hadisə bu günlərdə qeydə alınıb. Belə ki, doğmalarının məzarını ziyarət etməyə gələn gənclər köhnə məzarlardan birinin alova büründüyünü görüblər. Məzarın özbaşına yanmasından qorxuya düşən gənclər dərhal qəbiristanlığı tərk ediblər. Bir gün sonra yenidən qəbiristanlığa üz tutan gənclər həmin məzarda alovdan, tonqaldan heç bir iz qalmadığını görüb şoka düşüblər.

Qeyd edək ki, buna oxşar hadisə Böyük Britaniyada da yaşanıb. İpsviç şəhərində doğmalarının məzarlarını ziyarət etməyə gələn cütlük İngiltərədə bir çoxlarının tanıdığı Robert Milkunsun məzarının yanmasının şahidi olmuşdular.

Alimlər bütün bunları anomal təbiət hadisələri adlandıraraq, yanan məzarlarda bir gün sonra heç bir alov izinin qalmamasını heç cür izah edə bilmirlər.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR