Alimlər ən uğursuz günü müəyyən etdi
Bizi izləyin

Bilgi.az

Alimlər ən uğursuz günü müəyyən etdi

Böyük Britaniyanın əhalisi hər cəhətdən həftənin ən ağır gününün bizim hesab etdiyimiz kimi bazar ertəsi deyil, çərşənbə axşamı olduğunu deyirlər.

London İqtisadiyyat Məktəbinin psixoloqları bu qənaətə Dumanlı Albionun təxminən iyirmi min sakini arasında keçirdikləri sorğu nəticəsində gəliblər. Onların çoxu məhz çərşənbə axşamının ən uğursuz və psixoloji cəhətdən çətin gün olduğunu iddia edir. Onlar həftənin müxtəlif günlərində vəziyyətlərini və hisslərini kifayət qədər ətraflı təsvir edərək seçimlərini açıqlayıblar. Bazar ertəsi əməkdaşların çoxunun hələ həftəsonu təəssüratında və yüksək əhval-ruhiyyədə olduğu aşkar edilib. Çərşənbə axşamı isə bütün işçilər hələ qabaqda iş həftəsinin olduğunu və bundan qaça bilməyəcəklərini anlayaraq məyusluq hissi keçirirlər.

Qeyd edək ki, avstraliyalı mütəxəssislər də buna bənzər tədqiqat aparıblar və fərqli nəticəyə gəliblər. Onların fikrincə, həftənin ən çətin və uğursuz günü çərşənbədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm