Qadının ən yaxşı kosmetikası ehtirasdır – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Qadının ən yaxşı kosmetikası ehtirasdır – FOTOLAR

İv Sen Loran qadınlara ilk dəfə smokinq və şəffaf bluzlar geyindirən, trapesiya formasında qadın libası və safari tərzini yaradan dizaynerdir. Bütün həyatı boyu depressiya, intihara meyillilik və narkotiklərə bağlılıqla mübarizə aparan dizayner Parisi dünyanın dəb mərkəzinə çevirənlərdən biri olub. 1936-cı il avqustun 1-də Əlcəzairdə zəngin bir ailədə anadan olub. Laurent məktəbi bitirdikdə Parisə köçüb və qısa zamanda orada öz layiqli yerini tutub.

İv Sen Loran 50 illik karyerası ərzində ən ağlasığmaz moda inqilablarına imza atıb. Məşhur modelyer həyatının son yarım ilini ağır xəstəliklə mücadilə verərək keçirib. Ancaq bu mübarizədən uğursuz çıxaraq 2008-ci ilin iyununda ölümə təslim olub. Parisdəki evində beynindəki bədxassəli şişdən vəfat edib.

Publika.az bu dahi dizaynerin moda tarixinə həkk olunan ən maraqlı sitatlarını təqdim edir:

Təəssüf

Bu həyatda mən yalnız ona heyfsilənirəm ki, cinsi mən yaratmamışam. Onlarda mənim öz geyimlərimdə görmək istədiyim bütün yaxşı cəhətlər toplanıb: ekspressiya, sadəlik, təvazökarlıq, seksuallıq.

Sevgi

Sevən kişinin sevgi dolu qucağı qadın üçün ən yaxşı geyimdir. Mən bundan məhrum olanlar üçün varam.

Moda qurbanları haqqında

Moda qurbanına çevrilmiş qadın görmək mənə fiziki ağrı verir.

Dəyişikliklər barədə

Mən öz dövrümdə baş verən dəyişikliklərdə iştirak etmişəm. Bunu, əlbəttə ki, geyim vasitəsilə edirdim. Bu, musiqi, memarlıq, rəssamlıq qədər əhəmiyyətli deyil... Amma bunu etməyə dəyərdi.

Stil vacibliyi haqqında

Mən həmişə inanmışam ki, stil dəbdən daha vacibdir. Təəssüf ki, öz stilini yaradıb, onu dəbə çevirə bilən insan çox azdır.

Moda fəlsəfəsi

Dəbin əsas fəlsəfəsi qadını gözəl göstərmək deyil. O qadını həm sakitləşdirməli, həm də özünə əmin etməlidir.

Qadın ehtirası haqqında

Qadının ən yaxşı kosmetikası ehtirasdır. Lakin kosmetikanı almaq daha asandır.

Paltar

Yalnız uzun illər keçəndən sonra öyrəndim ki, paltar əsas deyil, mühüm olan onu geyinən qadındır.

İnterpretasiya incəlikləri haqqında

Eleqantlığı heç vaxt snobizmlə (Snobizm -Yüksək vəzifədə olmayıb, onlar kimi davranan və onlar kimi görünməyə çalışan, yüksəlmək xəyalları quran şəxslərin mənimsədiyi mədəniyyətdir) qarışdırmaq olmaz.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm