Satanistlərin iqamətgahı, qışqıran ruhlar – dünyanın sirli meşələri – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Satanistlərin iqamətgahı, qışqıran ruhlar – dünyanın sirli meşələri – FOTOLAR

ABŞ-da yerləşən "Lənətlənmiş meşə"də tez-tez insanlar müəmmalı şəkildə yoxa çıxırlar.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, şahidlər bu yaşıllıqlardan tez-tez qeyri-adi səslər eşitdiklərini deyirlər. Habelə anomal proseslər baş verir. Bəziləri hətta iddia edirlər ki, bu meşədə qeyri-adi canlıları görüblər.

Qeyd edək ki, "Lənətlənmiş meşə" ilə bağlı müəmmalar getdikcə artır. Burada yüzlərlə insanın yox olması, yaxud öldürülməsi şübhələri çoxaldıb. Ayrı-ayrı vaxtlarda burada 53 yaşlı qadın, 74 yaşlı kişi, 18 yaşlı tələbə, onlarla gənc, yeniyetmə və veteran yoxa çıxıb. ABŞ polisi onların bəzilərinin meyitlərini aşkarlasa da, bir çoxları bu günə kimi axtarışdadır.

Bu ölkənin Fritaun-Foll-River qoruğunda yerləşən "Satanistlər qoruğu" səfər üçün məsləhət görülməyən ərazilərdəndir. Yerli sakinlər bura tez-tez satanistlərin, quldurların və intihar edənlərin gəldiklərini deyirlər.

"Qışqıran ruhların meşəsi" isə İngiltərədədir. Plakli kəndinin Kent qraflığının ərazisində yerləşən bu yaşıllıq zonası narahat ruhların məkanı hesab olunur. İngiltərəlilər bu ərazidə bir zamanlar insanların öldürüldüyünü bildirirlər. Yaxınlıqdakı ərazidə yaşayan sakinlər hər səhər bu meşədən inilti səslərinin gəldiyini iddia edirlər. Əgər bu sözləri ancaq ingilislər desəydi, inanmamaq olardı. Həmin yerə səfər etmiş əcnəbi turistlərin də eyni sözləri deməsi şübhələrə yer qoymur.

Onu "Yarı sarı, yarı qırmızı meşə" adlandırırlar. Hal-hazırda Çernobılın yaxınlığında yerləşən bu meşənin ağaclarının vir hissəsi sarı, bir hissəsi isə qırmızı rəngdədir. Məlum Çernobıl qəzası 1986-cı ildə baş versə də, ekspertlər radiasiya təhlükəsinin hələ də qaldığını bildirirlər. Radiasiyanın cüzi olduğu ərazilərdə bitkilərin inkişafı 40 faiz ləng gedir.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm