Liderlərin beynəlxalq hay-küyə səbəb olan saatları - FOTO
Bizi izləyin

Bilgi.az

Liderlərin beynəlxalq hay-küyə səbəb olan saatları - FOTO

Rusiya rəsmisinin saatı, dövlət adamlarının vaxt göstərən cihazları ilə bağlı qartal gözlü sosial media istifadəçiləri tərəfindən sorğu-suala çəkilməsi baxımından ilk belə hadisə deyil.

Publika.az.BBC-yə istinadən xəbər verir ki, bu əhavalatlar həmişə eyni cür başlanır: Hansısa rəsminin hansısa ictimai tədbirdə çəkilmiş və ilk baxışda adi görünən fotosu internetə çıxır. Burada isə qazdan ayıq internet istifadəçiləri tədbirin özünü bir kənara qoyub diqqətlərini rəsminin qoluna nə taxdığna yönəldirlər. Bu zaman hər dəfə rəsmilərin qolundakı saatların onların illik maaşlarından qat-qat baha olduğu üzə çıxır. Bundan sonra isə korrupsiya ittihamları və iddiaları internetə yol tapır.

1. Dimitry Peskov, Vladimir Putinin mətbuat katibi

Ötən həftəsonu Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov və keçmiş olimpiya çempionu, fiqurlu konkisürən Tatyana Navkanın Soçi şəhərində çox dəbdəbəli toy məclisi olub. Lakin internetdəki rusların diqqətini çəkən nə toyun özü, nə də buradakı qonaqların VİP siyahısı idi. Bütün nəzərlər Peskovun biləyindəki saata zillənmişdi.

Onun qolundakı 18 karat əyarlı qızıl Richard Mille saatının qiymətinin 600 min dollar olması çoxlarını heyrətə salmışdı. Müxalif siyasətçi Aleksey Navalnvı öz bloqunda yazır ki, rəsminin qolundakı saatın qiyməti Peskovun kimi bir dövlət qulluqçusunun məvacibindən qat-qat çoxdur.

"Prezident sözçüsü öz illik maaşından 4 dəfə baha olan saatı necə ala bilib?" – deyə sual edir Navalnı.

Peskov bildirib ki, bu saat onun arvadından hədiyyədir. Lakin bir başqaları Peskovun qızının İnstagram hesabındakı fotolardan birində həmin saatı aylarla əvvəl gördüklərini yazırlar (BBC Trending bu şəkli görməyib).

Bu iddialar internetdə hiddət və yumorun qarışığından ibarət postların dalğasını yaradıb.

2. Nigeriyanın birinci ledisi Ayşa Buhari

Ötən ay prezident Muhammadu Buharinin xanımı Ayşa ər-arvadın inaqurasuya fotosunun yayılmasından sonra güclü tənqid dalğası ilə üzləşib. Şəkillərdə onun qolunda 18 karat əyarlı qızıldan Cartier Baignoire Folle saatı bərq vururdu. Bu saatın təxmini qiyməti 50 min dollardır.

İnsanlar "xalqın adamı" olduğunu iddia edən prezidentin sadə həyat tərzi keçirən arvadının belə bahalı saatı necə alması sualına cavab tələb edirdilər. Lakin internetdə birinci ledini müdafiə edənlər də vardı. Onlar yazırdılar ki, o uğurlu biznes qadınıdır və özünə belə bir saat almağa haqqı çatır.

3. Əbu-bəkr əl-Bağdadi, özünü İslam Dövləti adlandıran təşkilatın lideri

Əl-Bağdadi ötən il çıxış edərkən qolunda görünən bahalı saata görə tənqidlərə tuş olub. İraqın Mosul şəhərindəki məsçidlərdən birinə qəfil gəlişi zamanı onun əynində uzun əba, başında əmmamə vardı. Lakin diqqəti onun qolundakı Rolex və ya Omega Seamasteri xatırladan saat çəkmişdi.

İnternetdə yayılmış tənqidi şərhlərdən biri isə belə idi: xəlifə Bağdadi qoluna o cür mükəmməl saat taxıb, amma indi hansı minilliyin olduğunu bilmir.

4. Yanq Dasay, Çinin hökumət rəsmisi

2012-ci ilin yayında Dasayın Şanxayda avtobus qəzasının baş verdiyi yerdə gülən şəkli peyda olmuşdu. Onun faciə yerində belə "şən sayğısızlığı"ndan qəzəblənən Sina Weibo adlı populyar şəbəkənin istifadəçiləri rəsminin başqa fotolarının axtarışına başladılar. Onlar fotolara baxdıqca Dasayın qolunda bir-birindən bahalı lüks saatlar görürdülər.

Ümumilikdə bu saatların qiyməti minlərlə dollar edirdi və adamlar Dasayın sadə maaşı ilə bu qədər dəbdəbəli saatları necə almasını sual edirdilər. İnternetdə yayılan hiddət Dasayın sonrakı siyasi karyerasının taleyini həll etdi. Ona qarşı daha ciddi korrupsiya ittihamları səsləndi və nəhayət rəsmi həbsxanaya düşdü.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm