Ağ gəlinlik geyinməkdən imtina edən gözəllər - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Ağ gəlinlik geyinməkdən imtina edən gözəllər - FOTOLAR

Gəlinlik geyinmək demək olar ki, bütün gənc qızların xəyalıdır. Ancaq hamı klassık, ağ gəlinlik geyinmək məcburiyyətində deyil. Di gəl, artıq qəlibləşmiş ənənələrə qarşı çıxış etmək də asan deyil, ancaq mümkündür. Ağ gəlinlikdən imtina edib alternativ variantlara əl atanların artıq böyük bir siyahısı var.

Siz də çılğınlıq edib ağ gəlinlikdən imtina etmək istəyirsinizsə, dünyanın ən cazibədar ulduzlarından nümunə götürə bilərsiniz.

Publika.az toy günü ruhunun rəngarəngliyini libasında əks etdirən dünya ulduzlarını bir yerə toplayıb. Odur ki, Elizabet Teylordan başlayıb Qven Stefaniyə qədər uzanan həmin siyahıya siz də nəzər salın:

Qven Stefani

Onun toy günü geyindiyi "John Galliano" imzalı çəhrayı rəngli gəlinliyindən çox danışılıb. Həmin paltar bir çox gənc qıza ilham verib.

gwen-stefani-pink-wedding-d

Keyli Kuoko

Aktrisa Keyli Kuoko da toyunda çəhrayı rəngli gəlinlik geyinib. O, "Vera Vang" brendindən olan gəlinliyi ilə göz qamaşdırıb.

kaley-cuoco

Cessika Bil

Deyəsən, xanımların ən çox sevdiyi rəng çəhrayıdır. Çünki 2012-ci ildə yaraşıqlı aktyor və müğənni Castin Timberleklə ailə quran cazibədar ulduz Cessika Bil də çəhrayı rəngli gəlinlik geyinib. Onun gəlinliyini məşhur dizayner Cambattista Valli hazırlayıb.

Jessica-biel

Enn Heteuey

2012-ci ildə ailə quran aktrisa Enn Heteuey gəlinliyini "Valentino" brendindən seçib. Onun süd rəngində olan gəlinliyinin ətəklərindəki bənövşəyi çalarlar diqqət çəkib.

anne

Riz Uizerspun

Çəhrayı rəngli gəlinliyə üstünlük verənlərdən biri də aktrisa Riz Uizerspundur. Aktrisanın "Monique Lhuiller" imzalı gəlinliyinin sinəsindəki detallar çox bəyənilib.

reese-witherspoon

Culiyana Mur

2003-cü ildə ailə quran aktrisa toy günü sadə don geyinib. Onun gəlinliyi "Prada" brendindən olub.

ulianne-moore-wedding-dress

Kira Naytli

Aktrisa toyunda geyindiyi "Chanel" libası ilə hər kəsi təəccübləndirib. O, gəlinliyinin üzərinə yenə "Chanel" imzası daşıyan pencək geyinib.

keira-knightley

Şeney Qrayms

Siyahıdakı ən çılğın sima aktrisa Şeney Qraymsdır. Çünki o, toy günü nə ağ, nə çəhrayı gəlinlik geyinib. Onun gəlinliyi qara rəngdə olub. Aktrisa "Vera Vang" brendindən olan gəlinliyini qırmızı çiçək buketi ilə tamamlayıb.

shenae-grimes

Elison Pill

Aktrisa Elison Pill də cəsarət tələb edən bir addım atıb. O, toyunda sarı rəngli gəlinlik geyinib.

alison-pill

Elizabet Teylor

Bəlkə də rəngli gəlinlik geyinməyi dəbə salan əfsanəvi aktrisa Elizabet Teylor olub. O, 1964-cü ildə toyunda sarı rəngli gəlinlik geyinib və saçlarını təbii güllərlə bəzəyib.

elizabeth-taylor-wedding-dr

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm