Qoca qadının ayağında buynuzlar çıxır - FOTO
Bizi izləyin

Bilgi.az

Qoca qadının ayağında buynuzlar çıxır - FOTO

Səudiyyə Ərəbistanında yaşayan 76 yaşlı qadın ağrılardan əzab çəkir. Onun dediyinə görə, sağ ayağının pəncəsindəki ağrılar səbəbindən yata bilmir, gəzmək də onun üçün böyük problemə çevrilib.

Səbəbsə qadının sağ ayağında buynuzların çıxmasıdır.

Milli.Az Al Arabia-ya istinadən bildirir ki, qadının ayaq pəncəsində dəri sümükləşməyə başlayıb və buynuz təki böyüyür.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadın yaxınlığındakı Vadi əl Dəvasir şəhərində yaşayan qadının dediyinə görə, bəlasının səbəbini bilmir.

"Bir neçə il əvvəl ayağıma dəmir batmışdı. Ağrılar da ondan sonra başlandı. Çox əziyyət, əzab çəkirəm. Həkimlər də dərdimə çarə tapa bilmirlər", - zavallı qadın deyib.
Həkimlər isə qadının ayağında çıxan buynuzların sərtləşən keratin olduğunu deyirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm