Bu yerlərə səyahət məsləhət görülmür – dünyanın ən təhlükəli ölkələri - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Bu yerlərə səyahət məsləhət görülmür – dünyanın ən təhlükəli ölkələri - FOTOLAR

Dünyanın hər bir ölkəsinin özünəməxsus adət-ənənələri, yaşam tərzi, qanunları, inkişaf xüsusiyyətləri mövcuddur. Bu mənada gərək səfər etdiyin hansısa ölkənin daxili şəraitini nəzərə alasan.

Publika.az-ın təqdim etdiyi yazıda adıçəkilən ölkələrdə isə qanunlar, yaşam tərzi, adət-ənənələr, yerli şərait hər kəsi təhdid edir. Bu mənada onlar Yer üzünün ən təhlükəli ölkələridir.

Afrikada yerləşən, dünyada adambaşına düşən gəlirə görə sonuncu yerlərdən birini tutan, 4 milyonluq sakinin yaşadığı Liberiya ekoloji cəhətdən dünyanın ən çirkli ölkələrindən biridir.

Dünyanın ən kasıb ölkələrindən sayılan Burundi də xarici turist səfərləri üçün məsləhətli məkanlardan hesab olunmur. QİÇS xəstəliyinin tüğyan etdiyi, cinayətkarlığın durmadan artdığı bu ölkə həm də dünyanın ən qapalı dövlətlərindəndir.

Afrikanın şərqindəki Somali də uzun illərdir müstəqillik qazansa da, hələ də normal inkişafa qədəm qoya bilməyib. Dünyanın əhalisi ən çox aclıq çəkən ölkələrindən olan Somalidə yoxsullar bir parça çörək üçün varlıların qapıları ağzındakı zibilliklərdə eşələnirlər. Bu ölkənin dəniz quldurları bütün dünyaya səs salan cinayətkarlardır. Bu yaxınlarda terror təhlükəsinin miqyasına görə dünyanın birinci dövləti elan edilmiş Somaliyə getmək olduqca təhlükəlidir.

Atlantik okeanı sahilində yerləşən Konqo Respublikası müharibələrin böyük fəlakət bəxş etdiyi dövlətlərdəndir. Afrikanın 10-a yaxın ayrı-ayrı millətindən olan 20 silahlı qruplaşmanın yer aldığı hərbi əməliyyatlar ölkə sakinlərinə bədbəxtlik bəxş edir. Ölkənin böyük gəlir gətirən mədənlərini ələ keçirmək arzusu da yüz minlərlə insanın faciəsinin əsas səbəblərindəndir.

Sərvətlərinin zənginliyi, lakin əhalisinin yoxsulluğu və vətəndaşlarının hüquqlarının total şəkildə pozulması ilə seçilən Zimbabvedə hər hansı qanundan, ədalətdən danışmaq sadəcə mümkün deyil. İnsanların aclıqdan bir sıra heyvanları, o cümlədən filləri öldürüb yedikləri Zimbabvedə inflyasiya ən yüksək həddədir. Bu ölkənin almaz və qızıl mədənlərindən əldə olunan gəlirlərin xalqa heç bir aidiyyəti yoxdur.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm