• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

2100-cü ildə Yer kürəsinin əhalisi bu qədər olacaq

  • Maraqlı
  • 11 Avqust 2015 00:52
  • 1 080 Baxış
2100-cü ildə Yer kürəsinin əhalisi bu qədər olacaq

Yer kürəsinin əhalisi 2050-ci ildə 9,7, 2100-cü ildə isə 11,2 milyarda qədər artacaq.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə BMT-nin demoqrafik bölməsinin rəhbəri Con Uilmot bildirib.

BMT-nin ekspertlərinin fikrincə, Afrikanın Saxara səhrasından cənubda yerləşən ölkələrdə əhalinin artımı azalacağı halda, ümumilikdə Yer kürəsinində əhalinin artımı dayanacaq. Hazırda isə hadisələrin bu cür inkişafı ehtimalı 23 faiz qiymətləndirilir.

Gözlənilir ki, Afrikanın əhalisi 2100-cü ilə qədər 1,2 milyard artacaq. Bununla belə, Asiya planetin ən sıx məskunlaşmış regionu olaraq qalacaq. XXI əsrin ortalarında Asiyanın sakinlərinin sayı pik həddə çataraq 5,3 milyard olacaq, amma daha sonra 4,9 milyarda qədər azalacaq.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR