Ayaqqabı ayağınızı vurursa... DİQQƏT!
Bizi izləyin

Bilgi.az

Ayaqqabı ayağınızı vurursa... DİQQƏT!

Tezliklə payız, başqa sözlə, ayaqqabı mövsümü gəlir. Adətən, yeni alınan ayaqqabılar ayaqları vurur. Bu isə ağrıya və dəridə suluqların əmələ gəlməsinə səbəb olur. Bəs bunun qarşısını necə almaq olar?

Publika.az yeni alınan ayaqqabını rahatlıqla geyinməyi təmin edən üsulları araşdırıb:

Yumurta

Ayaqqabının döydüyü yerə azca yumurta çəkin. Bu, ağrını azaldacaq.

Antiperspirant

Yeni aldığınız ayaqqabını geyinmədən öncə onun içərisinə və ya ayağınıza antiperspirant vurun.

Diş məcunu

Suluqların üzərinə diş məcunu çəkərək dərinin daha tez sağalmasını təmin edə bilərsiniz.

Əzvay (Aloe vera)

Bu bitki dəriyə dərhal təsir edərək hüceyrələri sağaldır. Əzvayın yarpağını kəsin və içərisindən çıxan şirəni ayaqqabının vurduğu yerə çəkin.

Alma sirkəsi

Suluqlaırn üzərinə bir az alma sirkəsi çəkərək daha tez sağalmasını təmin edə bilərsiniz. Alma sirkəsi infeksiyanın qarşısını alan ən təsirli vasitələrdən biridir. Ona görə də suluq partladıqdan sonra ayağınızda yaraların yaranmasının qarşısını alacaq.

Qara çay

Soyuq qara çay həm yaranı tez sağaldır, həm də qızartı və şişi azaldır.

Çay ağacından hazırlanan məhsullar

Çay ağacından hazırlanan məhsullar antibakterial xüsusiyyətə malik olurlar. Çay ağacının yağı bu baxımdan daha təsirlidir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm