“Titanik”in 69 günlük körpəsi, 1 il dəniz tısbağası yeyən adam, ikinci həyatını yaşayan insanlar - FOTOLAR
Bizi izləyin

Bilgi.az

“Titanik”in 69 günlük körpəsi, 1 il dəniz tısbağası yeyən adam, ikinci həyatını yaşayan insanlar - FOTOLAR

"Allah saxlasın", "Allah qorusun" – bizim doğmalarımız, əzizlərimiz, yaxud dostlarımız haqqında ən çox işlətdiyimiz sözlər, arzu və istəklərdir. Şübhəsiz ki, dünyanın bütün canlılarını ilahi qüvvə yaratdığından o da qoruyur.

Publika.az-ın sizə təqdim etdiyi bu yazıda həyatından bəhs edəcəyimiz insanları isə sözün həqiqi mənasında Allah qoruyub, Allah hifz edib. Bu insanların orqanizmindəki qeyri-adiliklər, habelə onların başına gələn faciələrdən sağ çıxmaları həmin şəxslərin ilahi qüvvə tərəfindən qorunduğunu göstərir.

ABŞ vətəndaşı Alçidos Morenonun başına gələn möcüzəli hadisə onun necə sağ qalması barədə sualları bu gün də aktual edir. Almidos və qardaşı Edqar bir neçə il bundan əvvəl Nyu-Yorkdakı göydələnin 47-ci mərtəbəsindən yıxılıblar. Yüksək mərtəbəli binadan yıxılan Edqar ölsə də, Alçidos xoş təsadüfən sağ qaldı. Onun necə sağ qalması isə bu günə kimi müəammalıdır.

Hind okeanındakı Komor adalarının yaxınlığında qəzaya uğrayan Yəmən təyyarəsindən qurtulan Bahia Bakarinin bu günə qədər həyatda qalmasının sirri heç kəsə bəlli deyil. O, qəza nəticəsində okeana düşmüş təyyarənin sağ qalmış yeganə sərnişinidir. Təyyarənin qalıqlarından yapışaraq 13 saat suyun üzərində qalan 14 yaşlı yeniyetmə əraziyə göndərilmiş xilasedicilər tərəfindən xilas edildi.

Roy C. Sullivan adlı şəsxi isə həm bədbəxt, həm də xoşbəxt insan adlandırmaq olar. Ona görə bədbəxt ki, onun olduğu yeri düz 7 dəfə ildırım vurmuşdu. Xoşbəxt ona görə ki, Roy C. Sullivan hər dəfə sağ qaldı. Amma bütün bunlar onun səhhətində öz izini buraxdı - Royun ayaq barmaqlarının dırnaqları və qaşları inkişafdan qaldı.

Məşhur "Titanik" gəmisi batarkən 69 günlük körpə olan Millvina Delan da doğmaları ilə həmin gəmidə idi. Atası və digər doğmalarını həmin qəzada itirən südəmər körpə təsadüf nəticəsində sağ qaldı. O, batmış gəminin ən gənc sərnişini adlandırılır.

2006-cı ildə Kuba rəsmilərinin açıqladıqlarl rəsmi statistikaya əsasən, indiyədək keçmiş ölkə başçısı Fidel Kastroya 638 sui-qəsd planını hazırlanıb. Lakin onların heç biri uğurla başa çatdırılmayıb.

1998-ci ildə Ron Cok yarışda özünün "Kavasaki" motosikli ilə saatda 322 kilometr sürətlə şütüyərkən qəzaya düşdü. Bu cür böyük sürətlə hərəkət edərək parça-parça olmuş motosikldə onun necə sağ qalması hər kəsi heyrətləndirdi.

Dəniz fırtınasında qayığı batan Raymundo Rodriqez 2 həftə boyu qağayıları yeyərək sağ qaldı. Xilas edildikdə 14 gün aclıq çəkmiş dənizçinin əlində qağayı vardı.

Balıq ovlamaq üçün okeana çıxan və 1 ildir yoxa çıxan Coze Salvador dəniz tısbağalarını öldürərək onların qanını içməklə həyatda qaldı. Həyat eşqi budur.

Polşalı həkimlər Jan Grzebskinin öləcəyi xəbərini çoxdan, hələ 19 il əvvəl onun doğmalarına vermişdilər. İki onillik ərzində koma vəziyyətində qalan Grzebski oyananda hər kəsi heyrətləndirdi.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm