Burnu alnında olan gənc, üç döşlü qadın – dünyanın qeyri-adi insanları - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Burnu alnında olan gənc, üç döşlü qadın – dünyanın qeyri-adi insanları - FOTOLAR

"Məni məğlub etmək üçün adamın gərək iki başı olsun" məsəli heç də təsadüfən yaranmayıb. Ayrı-ayrı vaxtlarda, dünyanın müxtəlif dövlətlərində dünyaya gəlmiş qeyri-adi bədənə malik insanlar həm görünüşləri, həm də yaşam tərzləri ilə hər kəsi heyrətləndiriblər.

Publika.az qeyri-adi bədənə malik, artıq orqanları olan insanlarla bağlı bəzi faktları təqdim edir:

Bu siyahıda ən çox diqqət çəkən Françesko Dontinidir. Ailənin 12-ci övladının üç ayağı və iki ürəyi vardı.

6 yaşlı çinli uşaq Tsin dünyaya gələndə ilk öncə həkimləri heyrətləndirdi. Onun 16 ayaq və 13 əl barmağı vardı. Sonradan artıq barmaqların hamısı kəsilib götürüldü.

İki aylıq, üç qolu olan bu uşaq Varka isə indiyədək onu görən hər kəsi heyrətə salır. Təəssüf ki, ona hələ çarə tapılmayb.

İngiltərədə yaşayan 62 yaşlı Stelioz Arkedo sol qolundakı 3-cü qulaqla yaşayır. O, qulağının içinə xüsusi mikrofon və eşitmə aparatı quraşdırmaq niyyətindədir.

Bir müddət əvvəl Çində avtomobil qəzasına düşmüş 22 yaşlı gənc burnundan əməliyyat olundu. Həkimlər burun dəliyində problem yaranan xəstəni xilas etmək üçün onun nəfəs alması üçün alnında dəlik açdılar. İndi onun alnında yeni burnu var.

Hindistanda əlavə qolları və ayaqları olan Vasvan adlı uşaq 6 il belə yaşadı. Həkimlərin uğurlu cərrahiyyə əməliyyatlarından sonra o, normal bədənə malik oldu.

Hazırda Asiya ölkələrindən birində yaşayan Kankanq adlı uşaq maskalı doğuldu. Üzünün xarici görkəmi ilə çoxlarını heyrətə salan körpənin iki sifəti vardı. Maraqlıdır ki, onun anası Yi Ksilianonun hamiləlik vaxtı qadının bətnindəki körpədə hər hansı anormallıq müşahidə edilməmişdi. İki üzlə doğulmuş körpə maddi yardımlarla əməliyyat olunaraq normal xarici görünüşünə qayıda bildi.

Hindistanlı Hanni də dünyanın qeyri-adi bədən orqanlarına malik insanlarındandır. Onun əl və ayaqlarında 25 barmaq var.

ABŞ-ın Florida ştatında yaşayan Cesmon adlı bu qadının isə 3 döşü var. O, artıq bədən orqanına görə diqqəti cəlb edir.

27 yaşlı Xezel Cons da artıq bədən orqanlna malik insanlardandır. Onun 2 cinsi orqanı var.

29 yaşlı Krek Smit də 2 cinsi orqanının olması ilə məşhurlaşıb. Lakin bu qeyri-adilikdən utanan Krek özü ilə bağlı xəbərlərin çox yayılmasını, diqqət mərkəzində olmasını istəmir.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm