Bilgi.az
Pişik ailəni girov saxladı - Video
ABŞ-ın Oreqon ştatında çox maraqlı bir hadisə baş verib. Li Palmer kömək üçün “911” xidmət operatoruna zəng vuranda işçilər eşitdiklərinə inanmadılar. O, həyat yoldaşı və körpəsinin pişik tərəfindən girov götürüldüyünü qeyd edib. Onlar yataq otağında bağlı qapı arxasında qalaraq kömək gözləyirdilər.
4 yaşlı Himalay cinsli pişik olan Lyuksu adi pişik adlandırmaq olmaz. İlk növbədə, onun ölçüsünə görə, çünki ev pişiyi 10 kq ağırlığındadır. İkincisi də zorakılıq meylləri olan pişik qızğın xarakterə malikdir.
Hadisə isə belə başlayıb. Lyuks Linin 7 aylıq qızını cırmaqlayır. Alnında bir neçə cırmaq yarası qalan körpə pişiyin quyruğundan dartdığı üçün Lyuks əsəbiləşib. Li ayağa durub qızını müdafiə etmək üçün pişiyə təpik vuranda pişik tamamilə özündən çıxıb.
Otaqda əsəbdən ora-bura var-gəl edən heyvanla nə Li, nə də arvadı bacara bilməyib. Onlar iti də götürərək yataq otağına keçib və “911” xidmətinə zəng vurub. Hadisə yerinə gələn polis tüklü xuliqanı iri çoban itinin köməkliyi ilə susduraraq qəfəsə salıb.
Li Palmer pişikdə bu cür davranış növlərinin ilk dəfə olmadığını deyir. Lap körpəlikdən onu himayəsinə götürmüş ailə pişikdən imtina etmək niyyətində deyil. Palmer onu baytar həkiminin yanına apararaq qızğın heyvanı sakitləşdirmək qərarını verib.
Camalə
)
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK