Bilgi.az
Ayrılıqdan kədərlənən qadınlar və həyatları məhv olan kişilər
Öncə sevib, sonra ayrılan qadın və kişilər "University College London" və "Binghamton University"nin professorlarının apardığı araşdırmanın mövzusu olub. Belə ki, alimlər qadın və kişilərin hansının bu ayrılıqdan daha çox təsirləndiyini müəyyənləşdirməyə çalışıblar. Məlum olub ki, ayrılıq qadınlara daha pis təsir edir, ancaq onlar kişilərlə müqayisədə qısa müddətdə normal həyatlarına qayıdırlar.
Dünyanın müxtəlif yerlərində yaşayan 6000 insanın iştirak etdiyi araşdırma göstərib ki, qadınlar ayrılığı, sadəcə, mənəvi olaraq deyil, həm də fiziki baxımdan hiss edirlər. Belə ki, mənəvi baxımdan dəyən zərbə ilə fiziki ağrı beyinin eyni bölgəsinə xəbərdarlıq siqnalı göndərir. Buna görə də, qadınlar kişilərdən fərqli olaraq bu dərdi daha dərindən hiss edir və çox sarsılırlar. Ancaq maraqlısı odur ki, qadınlar bir müddət sonra ayrıldıqları insanı unudur və normal həyatlarına davam edirlər.
Kişilər isə dərindən hiss etməsə də, sevdikləri qadından ayrıldıqdan bir müddət sonra depressiyaya düşür və uzun illər özlərinə gələ bilmirlər. Araşdırma nəticələrinə görə, bəzi kişilər sevdikləri qadından ayrıldıqdan sonra bir daha əvvəlki kimi xoşbəxt ola bilmir, daha əsla o qədər çox sevə bilməyəcəklərini düşünürlər.
Ləman Sultan
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...