“Yanukoviç”in islanması, polisə qarşı süd atəşi - ən maraqlı protestlər - FOTOLAR
Bizi izləyin

Bilgi.az

“Yanukoviç”in islanması, polisə qarşı süd atəşi - ən maraqlı protestlər - FOTOLAR

Dahilərdən biri deyirdi ki, azadlıq ən çox yox demək bacarığı üzərində qurulub. Bu səbəbdən bir çoxları etiraz özünün azadlığı kimi başa düşür. Elə insanlar da var ki, onların tək, yaxud qrup halındakı etiraz aksiyaları tarixə düşüb. Publika.az dünyanın ən maraqlı etiraz aksiyalarını təqdim edir.

ABŞ tarixinə müharibələr prezidenti kimi düşmüş Corc Buşa qarşı orijinal protest barəsində bir vaxtlar çox yazıldığından bu haqda ətraflı bəhs etmək istəmirik. Qısaca onu demək olar ki, iraqlı jurnalist Müntəzir əz-Zeydinin ABŞ prezidentinə atdığı çəkməyə hündürlüyü 3 metr, çəkisi 1,5 ton ağırlığında abdiə qoyulub. Özü də bu ölkənin sabiq diktatoru Səddam Hüseynin doğulduğu şəhərdə. Tarixə düşmüş bu protestlə bağlı hətta kompyuter oyunu da hazırlanıb.

Ukraynanın qeyri-leqal femen qadın hərəkatı üzvlərinin 2002-2005, 2006-2007-ci illərdə bu ölkənin baş naziri olmuş, 2010-cu ildə keçirilən prezident seçkilərinin ikinci turunda qalib gələrək prezidenti seçilmiş sabiq dövlət başçısı Viktor Yanukoviçə qarşı məşhur "sulu" protest aksiyası da hələ çox illər müzakirə mövzusu olacaq.

Brüsseldə fermerlərdən birinin polislərə orijinal etiraz forması da maraqlı idi. O, asayiş keşikçilərini inəyinin südü ilə "atəş"ə tutmuşdu. Bəzilərini gülüşlə qarşıladığı bu protest hələ uzun müddət unudulmayacaq.

"Mikrosoft"un qurucusu və səhmdarı Bill Qeytsin adı ölkəsində baş vermiş xoşagəlməz hadisələrdən birində şübhəli şəxs kimi hallandırılırdı. İşgüzar tədbirlərdən birinə qatılan Qeyts gözlənilmədən təraş məcunu atəşinə tutuldu. Mühafizəçilər duyuq düşüncə aksiyaçı Qeytsə bir neçə dəfə hücum edə bildilər.

Türkiyədəki məlum Gəzi hadisələrində aksiyaçılardan biri paltarını çıxararaq, polisi gözləməsi bir müddət mətbuatda və sosial şəbəkələrdə müzakirə mövzusu olmuşdu.

Kanada-ABŞ sərhədində sərhədi keçmək üçün saatlarla gözləyən 300 miqrantın səbri tükəndi. Onlar öz aralarında razılığa gələrək soyunmaqla yorucu gözləməyə etirazlarını bildirdilər.

Rusiyalı sənətçi Pyotr Pavlenski ölkə başçısı Vladimir Putinin dünyanın ərazisinə görə ən böyük dövlətində polis rejimi qurduğunu iddia edərək, buna qarşı etirazını Kremlin yanında soyunmaqla ifadə etdi. Ölkə sakinlərinin baş verənlərə biganə qalmalarına kəskin etiraz bildirən sənətçini polislər xəstəxanaya apardılar.

Peruda bir qrup dövlət rəsmisinin rüşvət cinayəti aşkarlandıqdan sonra ölkə sakinləri bayrağı yandıqmaq qərarına gəlirlər. Onlarln əsas məqsədi hakimiyyətin diqqətini cəlb etmək, faktlarla bağlı obyektiv istintaqın aparılması idi.

Amerikalı tələbə Cenifer Tornburq Biologiya dərsində heyvanlar üzərində həyata keçirilən anatomiya dərsinə, canlıların bədəninin kəsilərək onların üzərində təcrübələrin aparılmasına narazılığını ifadə etməyə başladı. Yeni açdığı saytın adını heyvan haqları protesti adlandıran gənc

Misirdə gənclərdən biri atasının sevdiyi qızla evlənməsinə razılıq verməməsinə etiraz əlaməti olaraq cinsi orqanını kəsərək, valideynlərinə qarşı kəskin münasibətini bu cür ifadə etdi. Bu olay bütün ölkədə əsas müzakirə mövzularından idi.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm