30 ildir şokolad yığan qadın, 7 metrlik dırnaq – Ginnesin “Rekordlar”ı dəyişdi - FOTOLAR
Bizi izləyin

Bilgi.az

30 ildir şokolad yığan qadın, 7 metrlik dırnaq – Ginnesin “Rekordlar”ı dəyişdi - FOTOLAR

Dünyada müxtəlif sahələrdə, çeşidli bacarıqları ilə yen-yeni insanların ortaya çıxması Ginesin "Rekordlar" kitabının yenilənməsinə səbəb olur. Buna görə də, əvvəlki nəticələrə yeniləri əlavə olunur. Publika.az "Rekordlar" kitabındakı yenilikləri təqdim edir:

68 yaşlı Liu Reydmond 7 metr 54 santimetrlik dırnaqları ilə adını Ginnesin "Rekordlar" kitabına yazdırıb. Qeyd edək ki, bir müddət əvvəl amerikalı Kris Ualton dünyanın ən uzun dırnaqlı insanı kimi Ginnesin rekordlar kitabına duşmuşdü. 18 ildir dırnaqlarını uzadan bu şəxsin sol dırnağı 3 metr 9 santimetr, sağ dırnağı isə 2 metr 9 santimetr idi.

Almaniyalı Anita Şvarç əlinə 19 pivə piyaləsi alaraq 40 metr addımlamaqla özünü rekordçular kitabına yazdırdı. Özü də 9 noyabrda Ginnesin "Dünya rekordları Günü"ndə... Anita bu göstərici ilə çex Lyo adlı qadını üstələdi.

ABŞ-da bir müddət əvvəl keçirilmiş krem yarışı rekord göstəriciləri ilə İspaniyadakı analoji yarışmanı üstələyib. 1000-dən artıq iştirakçının qatıldığı yarışda on minlərlə krem qabı ilə "döyüş" olub. Bir neçə il əvvəl İspaniyada keçirilmiş yarışmanın iştirakçılarının sayı 800 nəfərdən çox idi.

198 idman paltarını geymiş Luiza Krenfordu belçikalı Cef Van Dik "Rekordlar" kitabından sıxışdıraraq çıxarıb. Sonuncu 227 futbol köynəyini üst-üstə geyinərək, adını rekordçuların siyahısına yazdırıb.

5,3 metr hündürlüyü, 4,7 metr eni olan ən böyük avtomobili hələ üstələyən olmayıb. "Canavar" adlandırılan avtomobil öz mövqeyini qoruyub saxlamaqdadır.

Çissato İvasatinin Yaponiyadakı bağında yetişdirdiyi almanın çəkisi 2 kiloqramdır. Bundan əvvəlki sonuncu rekord göstərici 1,7 kiloqram idi.

İnfli Sarvansink 2,33 santimetrlik saqqalı ilə ərəb sələfi Abu Maliki üstələyib. Sonuncunun saqqalının uzunluğu 1,98 santimetr idi.

Hollandiyadan olan Uim Hof qarın altında 1 saat 42 dəqiqə 22 saniyə qalaraq Ginnesin "Rekordlar" kitabına düşüb. Onun İslandiyadan olan sələfinin sonuncu göstəricisi 58 dəqiqə idi.

Braziliyalı Tobias Cazo 1 həftə ərzində orta məktəbdə 120 şagirdi döydüyündən təhsil müəssisəsindən kənarlaşdırılıb. O, indiyə qədər 24 orta məktəb dəyişib.

Amerikalı Fiona Kinqsten dünyanın bütün ölkələrindən 30 il ərzində 2 min müxtəlif növ şokolad toplayıb. O, bu illər ərzində şokoladların xarab olmaması, qurdlamaması üçün çeşidli vasitələrdən istifadə edib.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm