Dünyanın ən çox yaşayan adamları - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Dünyanın ən çox yaşayan adamları - FOTOLAR

Ötən həftə Azərbaycanın ən uzunömürlü vətəndaşı, Zərdab rayon Məlikli kənd sakini 1888-ci il təvəllüdlü Süfü Mikayıl qızı Bayramova yaşadığı kənddə 127 yaşında vəfat etdi. Üç əsrin şahidi olan Süfü Bayramova həm də ölkəmizin ən yaşlı seçicisi kimi qeydiyyata alınmışdı. Maraqlıdır, dünyanın ən uzunömürlü, hazırda yaşayan şəxsləri kimlərdir? Publika.az Yer üzünün ən uzun ömürlü, adları (bəzilərinin) Ginnesin "Rekordlar" kitabına düşmüş şəxsləri təqdim edir:

Türkiyənin 124 yaşlı, ən uzun ömürlü vətəndaşı Mehmet Dədə artıq üç əsri geridə qoyub.

Yaponiyada yaşayan Misao Okaşa 117 yaşındadır. Lakin özünü gümrah hiss etdiyini deyir.

Amerika sakini Ceralen Talley bu yaxınlarda 116 yaşını qeyd edəcək.

Onun həmvətəni və yaşıdı Suzanna Muşat Cons hətta övladlarının bəzilərini axirətə yola salıb.

ABŞ-ın digər sakini Bernis Madiqan isə 117 yaşındadır.

115 yaşlı Soledad Mexia isə onlardan bir qədər balacadır.

115 yaşlı Naomi Konner Amerika Birləşmiş Ştatlarında hazırda ömrünün 115-ci yayını yaşayır.

Emmo Morano isə İtaliyada yaşayır. Onun 114 yaşı var. Mətbuat bu qadınla tez-tez maraqlanır.

Mariya Qraviqi Emmo ilə həmyaşıd, həmvətəndir.

Böyük Britaniyada yaşayan 115 yaşlı Qreys Cons bu ölkənin xeyli baş nazirini, kralını yola salıb.

Ömrünün 116-cı yayını yaşayan Anna Hendersonun qayğısına həm yaxınları, həm dövlət qalır.

Qeyd edək ki, Hindistanda da yaşı 179 olduğu iddia edilən şəxs yaşayır. Lakin bu rəqəmlərin həqiqəti əks etdirməsi sübuta yetirilməyib.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm