• USD 1,8311 0,00% EUR 1,9483 0,00%
    • GBP 2,2482 0,00% RUB 0,0308 0,00%

İllərlə susuz yaşayan balıq - FOTO

  • Maraqlı
  • 19 Avqust 2015 06:12
  • 904 Baxış
İllərlə susuz yaşayan balıq - FOTO

Afrikada illərlə susuz və qidasız yaşaya bilən narval (həm qəlsəmə, həm də, ciyərlərlə nəfəs alan balıq) balığı tapılıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, alimlər narval balığının üzərində tədqiqatlar apararaq ekstremal vəziyyətlərdə insanın sağ qalması üçün üsulları tapa biləcək.

Mütəxəssislər tərəfindən tapılan balığın orqanizmi, yaşamaq üçün münbit olmayan mühitdə bioloji cəhətdən yuxuya gedir və bu proses 3 ildən 5 ilə kimi davam edir. Bu müddət ərzində balıq susuz, qidasız yaşayır. Narval balığı ərazidə şirin su hövzəsi peyda olana qədər tərpənməz vəziyyətdə qalır.

Onun orqanizmində baş verən proseslərin gedişatı öyrənilərsə, o zaman insanları da, letargik yuxu vəziyyətinə salmaq mümkün olacaq. Bu təbii ki, ağır vəziyyətdə olan xəstələrə kömək edə bilər. Bununla da, həkimlər vaxtı "udmaqla" xəstəni müalicə etmək şansı qazanacaqlar. Bundan əlavə, insanlarə belə bir yuxu şəraitinə salmaqla onları uzaq məsafəli kosmos səfərlərinə də göndərmək mümkün olacaq.

Qeyd edək ki, narval balığı heç zaman sudan çıxmayan dördayaqlı heyvanlara daha yaxındır. Onun anatomiyası sudan quruya çıxan heyvanların necə inkişaf etməsinin öyrənilməsində istifadə olunub.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR