Bilgi.az
Bitkilər düşünə bilir
Evlərdə saxladığımız bitkilər düşündüyümüzdən daha ağıllı ola bilər.
Alman alimləri hesab edir ki, zirinc bitkisi ona gələcəyi görməkdə və çətin qərarlar qəbul etməkdə yardımçı olan yaddaş strukturuna malikdir.
Müşahidələrə əsasən, bu bitki sağlam toxumlarla yanaşı,
zərərvericilərin yumurtasının kök saldığı zərərli toxumlarının
olduğunu da hiss edir. Zirinc bitkisi belə zərərli toxumlardan
xilas olmağa çalışır. Məhz bu xüsusiyyət ona yaddaş strukturunun
olduğunu sübut edir.
Gettingen Universitetinin alimləri zirinc bitkisində milçək
parazitlərinə yoluxma hallarının digər bitkilərə nisbətən 10 dəfə
az olduğunu müəyyən ediblər. Almaniyanın müxtəlif ərazilərində
zirinc bitkisinin 200 min giləmeyvəsini toplayan tədqiqatçı-alimlər
bitkinin yaddaş mexanizmi sayəsində milçək parazitlərinə yoluxma
hallarını minimuma endirdiyini müəyyən ediblər.
Bundan öncə, “Daily Mail” qəzeti Kaliforniyalı alimlərinin yeni
tapıntısı barədə məlumat vermişdi. Alimlər müəyyən etmişdilər ki,
bitkilər öz aralarında “danışırlar”və zərərvericilər barədə
bir-birini “xəbərdarlıq” edirlər. Belə “xəbərdarlıq” alan
bitkilərdə dərhal mexaniki müdafiəyə keçirdilər. /Azvision.az
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?