• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Zinət əşyaları bütöv bir elmdir! – FOTOLAR

  • Maraqlı
  • 19 Avqust 2015 09:45
  • 3 287 Baxış
Zinət əşyaları bütöv bir elmdir! – FOTOLAR

Koko Şanel deyirdi ki, "Zinət əşyaları bütöv bir elmdir!" Bu, doğrudur. Çünki hər bir daşın, qızılın və gümüşün öz tarixi, öz xüsusiyyətləri var.

Qiymətli daşlar və bürclər arasında əhəmiyyətli əlaqə barədə hər birimiz oxumuşuq. Bəzi daşlar bürclər üzərində güclü təsirə malikdir. Beləliklə, Publika.az bu yazıda oxucuları bürclərə uyğun gələn bəzək əşyaları ilə tanış edəcək.

Qoç bürcündən olanların ən uyğun zinət əşyası

Astroloqlar qoçlara iri zinət əşyalarından imtina etməyi və daha incə zərgərlik nümunələrinə nəzər salmağı tövsiyə edirlər. Müxtəlif rəngli metalların vəhdəti od işarəsi olan Qoçları daha səbirli olmağa səsləyir. Bu bürcün nümayəndələrinə yaqut qaşı olan hər hansı bəzək əşyasından imtina etmək tövsiyə olunur.

Buğa bürcü altında doğulanların ən uğurlu zinət əşyaları

Zümrüd kulon Buğa bürcü altında doğulan sahibini mənfi enerjidən qoruyacaq və işdə problemlərdən qaçmağa kömək edəcək. Bəzək əşyası alarkən onun dizaynına mütləq diqqət yetirin. Kəskin və həndəsi formalardan çəkinin. Sizin üçün ən yaxşı variant çiçək və ya damcı formasında olanlardır.

Əkizlər üçün uğurlu bəzək əşyası

Əkizlər üçün ən düzgün seçim qırmızı qranat daşıdır. Güclü enerjiyə malik olan qırmızı qranatın beynin işləməsini stimullaşdırdığı, zədələnmiş dəri və digər orqanları regenerasiya etdiyi, həmçinin, baş ağrılarını kəsmək xüsusiyyəti olduğu deyilir. Bunlardan başqa, qırmızı qranatlar immuniteti yüksəldir və sifətin rəngini yaxşılaşdırır. Qranat sahibinin emosiya və hissiyatını gücləndirməklə yanaşı, onu qələbəyə ruhlandırır, qarşısında yeni perspektivlər açır. Qranat həm də məhəbbət talismanı kimi məşhurdur. Qırmızı qranatlar qələbə qazanmağa kömək edir, zirvələri fəth etməyə "yardımçı" olur, səyahətlərdə təhlükədən "qoruyur". Bu bəzək əşyası sizə fikrinizi cəmləməyə imkan verəcək. Qırmızı daş sayəsində siz daxili rahatlıq və əminlik qazanacaqsınız.

Xərçəng bürcündən olanlara uyğun gələn bəzək əşyası

Xərçənglərə gümüşdən zinət əşyaları taxmaq məsləhət görülür. Çünki bu metal sizin emosional vəziyyətinizə və sağlamlığınıza müsbət təsir göstərir. Gümüş qolbaq xərçəng bürclərinə sabitlik və əmin-amanlıq, mühüm qərarların qəbulu zamanı, həmçinin, gündəlik qayğıların həllində uğur gətirəcək.

Şirlərin bəzək əşyası

Əzəmətli dişi Şirlər qızılın himayəsi olmadan keçinə bilməzlər. Onlara daş-qaş seçimində ən önəmli məsləhət odur ki, iri bəzək əşyalarını bir-biri ilə uyğunlaşdırmaqdan qorxmasınlar. Məsələn, qızılın yaqutla birləşməsi olduqca effektli görünür. Yaqut Şir bürcündən olanların karyeradakı yüksəlişinə və məqsədlərinə çatmaqda kömək edəcək. Qızıl isə şəxsi münasibətlərdə uğur gətirəcək.

Qız bürcündən olanlara uyğun gələn bəzək əşyası

Təcrübəli Qızlar zövqünə uyğun olan mənalı bəzək məmulatları seçə bilərlər. Astroloqlar Qızlara gümüş qolbaq üzərində dayanmağı məsləhət görürlər. Onların fikrincə, simvolik işarələrdən hazırlanan bəzək əşyaları Qız bürcü altında doğulanların özünə inamını artıracaq. Məhəbbət gətirən, maliyyə vəziyyətini yaxşılaşdıran və ya uğurlu evliliyə sövq edən talismanı öz istəyinizə görə müəyyən edin.

Tərəzi bürcü altında anadan olanlara uyğun gələn bəzək əşyası

Tərəzilərə çiçək dizaynları seçmək tövsiyə olunur. Çiçək işarəsi hələ qədim dövrlərdən rahatlıq və isti ocağın rəmzi kimi istifadə olunub. Gül şəklində bəzədilmiş zinət əşyaları öz sahibinə ailə daxili rahatlıq gətirəcək. Astroloqların fikrincə, Tərəzi bürcü altında dünyaya gələnlər mavi, göy və ya yaşıl rəngli daşlarla işlənmiş zinət əşyaları üzərində dayanmalıdır.

Əqrəb bürcündən olanlar üçün müəyyən olunmuş bəzək əşyası

Əqrəblər qiymətli daşların təsirinə daha çox məruz qalır, ona görə də talisman seçimində çox diqqətli olmaq lazımdır. Şərq astrologiyasında əqrəblər üçün kristal, malaxit və topaz daha əlverişli hesab olunur. Münəccimlər Əqrəb bürcündən olanlara böyük bəzək məmulatlarından imtina etməyi, nənələrinizdən miras qalan hər hansı zinət əşyalarını taxmağı məsləhət görürlər.

Oxatan bürcündən olanlar üçün müəyyən olunmuş bəzək əşyası

Mirvariylə hazırlanan bəzəklər oxatan bürcü altında doğulanların ən uğurlu, dəyişməz zinət əşyasıdır. Oxatanlara sağlamlıq və sabitlik gətirən daş onlara özünü təkmilləşdirmək yolunda kömək edir. Unutmayın ki, nəinki ağ, həm də qara inci seçə bilərsiniz.

Oğlaq bürcündən olanların bəzək əşyası

Astroloqlar Oğlaq bürcünün nümayəndələrinə firuzəylə işlənmiş zərgərlik nümunələri taxmağı məsləhət görürlər. Firuzə daşı maliyyə işlərində müvəffəqiyyətli olmağa imkan verəcək, şəxsi münasibətlərdə səhvlərdən qaçmağa kömək edəcək, təbii fəlakətlərdən qoruyacaq, eyni zamanda, onların bəsirət gözünü açacaq.

Dolça bürcü altında doğulanlar üçün müəyyən olunmuş bəzək əşyası

Dolçalar üçün ən düşərli metal ağ qızıl və ya gümüşdür. Talismana gəldikdə isə astroloqlar Dolça bürcünün nümayəndələrinə kəpənək dizaynında zərgərlik nümunələri taxmağı tövsiyə edirlər. Yeri gəlmişkən qeyd edək ki, kəpənək xoşbəxtlik və azadlığa işarədir. Gözəllik və mənəvi yenilənmə simvolu olan kəpənək həyata yeni nəzərlə baxmağa imkan verəcək, həmçinin, uzun illər həyata keçməyən planların reallaşmasında kömək edəcək. Kəpənək şəklində üzük, sırğa və ya sancağı nəinki vacib görüşlərə, həm də işə taxmaq tövsiyə olunur.

Balıqlar bürcü üçün müəyyən olunmuş bəzək əşyası

Balıqlar bürcünün ən uğurlu daşı ametistdir. Ametist mənfi enerjini yox etməyə qadirdir, eyni zamanda romantik münasibətlər üçün əlverişli mühit yaradır. Ametist daşı ilə işlənmiş qızıl zinət əşyası intuisiyanı gücləndirir ki, bu da işdə və şəxsi həyatda yaranmış bir çox problemlərin qarşısını almaqda kömək edir. Qızıl ilə ametistdən düzəldilən bəzək əşyası zehni əməklə məşğul olanlar üçün ən ideal seçimdir.

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR