Söyüş söyən tutuquşunu həbs etdilər
Bizi izləyin

Bilgi.az

Söyüş söyən tutuquşunu həbs etdilər

Hindistanda Hariyal adlı tutuquşunu polis saxlayıb. Publika.az xəbər verir ki, buna səbəb tutuquşunun 85 yaşlı Canabay Sakarkar adlı qadına söyüş söyməsi olub.

C.Sakarkarın polisə verdiyi məlumata görə, tutuquşuna söyüş söyməyi onun ögey oğlu Sureş Sakarkar öyrədib. Ögey anası ilə arasında mülk davası olan Sureş Sakarkar ona söyməsi üçün tutquşuna düz 2 il dərs keçib.

Sureş Sarkarkar və tutuquşusu iki gün həbsxanada qalıb. Daha sonra polislər Sureşi buraxıb. Tutuquşunu isə yaşlı qadının psixologiyasına mənfi təsir etdiyi üçün ekologiya və təbii sərvətlər nazirliyinin əməkdaşlarına təslim ediblər.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm