Cavanlaşmağın ən bəsit üsulu - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Cavanlaşmağın ən bəsit üsulu - FOTOLAR

Heç kimə sirr deyil ki, yaxşı yuxu sağlamlığın əsas şərtlərindən biri, gümrah bədən deməkdir. Amma həkimlər insan orqanizminin tam gücünü bərpa edə bilməsi üçün nə qədər yatmalı olduğunu indiyə qədər müəyyən edə bilməyiblər. Belə ki, bir qismi sutka ərzində 8 saat yuxunu vacib sayırsa, başqa bir qrup 6 saatlıq yuxu rejiminin kifayət olduğunu iddia edir.

Bəlkə elə fikirləşirsiniz ki, 120 dəqiqənin elə də böyük əhəmiyyəti ola bilməz?

Publika.az-ın sağlamlıq bölməsi kifayət qədər yatmamağın zərərləri barədə maraqlı faktları təqdim edir:

Böyük Britaniya sakini 46 yaşlı Sara Çalmers öz üzərində "Yuxudan məhrum olmaq" adlı eksperiment etmək qərarına gəlib. Tədqiqatın məqsədi az yatmağın nə kimi fəsadları olduğunu aydınlaşdırmaq olub. Təcrübəyə başlamazdan əvvəl alimlər qadının dərisinin hansı vəziyyətdə olduğunu təhlil ediblər. Eksperimentin sonunda dəri məsamələrinin iki dəfə artdığı müşahidə olunub.

Sara Çalmers "Mən yaşımdan çox böyük görünürdüm. Göz ətrafı daim qara, üzüm isə solğun görünürdü. Tez yorulur, əsəbi olurdum. Güzgüyə baxanda öz əksimə nifrət edirdim" - deyib.

Eksperimentin birinci mərhələsində Sara çox yox, sutkada 4 saat (gecə saat ikidən səhər altıya kimi) yatıb. Onun sözlərinə görə, 4 saat yatanda yorğunluq hiss etməsə də, dincəldiyini də hiss etməyib:

"Gündüzlər çox qəribə hisslər keçirirdim, sanki içkili idim".

İkinci mərhələdə Sara həftə ərzində sutkada 5,5-6 saat yatıb. Həftənin ortalarında qadın etiraf edib ki, çox tez yorulur, daim şirin yuxuya ehtiyac duyur. Həkimlər bunu belə izah ediblər:

"Yuxu çatışmazlığı ucbatından kortizol stress hormonu istehsal olunur. Buna görə insan daha əsəbi olur. Az yatanda tər vəziləri də fəallaşır. Bu isə dəri problemlərinə gətirib çıxarır. Bundan başqa, gecə istirahət etməmək orqanizmi yeniləyən hormonlarının istehsalını dayandırır".

Normal yuxu rejiminin bərpası təcrübənin son mərhələsi idi. Sara gündə ən azı 8 saat yatıb və nəticə göz qabağındadır. Bir həftə sonra dəri problemləri artıq yoxa çıxıb və bir az əsəbi olub. Həkimlər deyirlər ki, yuxudan doymamağın daha ciddi fəsadları ola bilər, hətta şəkərli diabet yaradar.

Və yadınızda saxlayın ki, gündüz yatmaq gecə yuxusuz qaldığınız saatları kompensasiya etmir. Ona görə də, yatağa tez girin. Telefonu isə yataqdan maksimum uzağa qoyun.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm