Üzeyir amerikalıları yenə heyrətləndirdi - VİDEO
Bizi izləyin

Bilgi.az

Üzeyir amerikalıları yenə heyrətləndirdi - VİDEO

ABŞ-da yayımlanan "America’s Got Talent" şousunda 39 yaşlı həmyerlimiz, sirk artisti Üzeyir Novruzov tamaşaçıları yenidən heyrətləndirib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-da yaşayan azərbaycanlı Üzeyir Novruzov hələ iyulun əvvəllərində Çarli Çaplin obrazı ilə nərdivanla çıxış edib. Onun bu çıxışı həm tamaşaçılar, həm də münsif tərəfindən yüksək dərəcədə qiymətləndirilib.

Novruzov ikinci mərhələyə keçərək yenidən nərdivanla akrobatik istedadını göstərib.

Dünən isə Novruzov üçüncü mərhələdə yenidən öz məharətini nümayiş etdirib. Amerikanın NBC televiziya kanalında yayımlanan verilişdə Novruzov akrobatik hərəkətləri ilə tamaşaçıları təəccübləndirib.

Münsiflər və tamaşaçılar həmyerlimizi ayaq üstə alqışlayıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm