Məşhur din adamından bədbin proqnoz: “Gələn ay dünya dağılır” – FOTO
Bizi izləyin

Bilgi.az

Məşhur din adamından bədbin proqnoz: “Gələn ay dünya dağılır” – FOTO

Bu il sentyabrın 15-28 tarixləri arası səmadan yerə nəhəng asteroid parçası düşəcək.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə tanınmış din adamı və öngörücü Efrain Rodriguez iddia irəli sürüb.

Böyük Britaniyanın "The Mirror" qəzeti sözügedən din adamına istinadən bildirir ki, oxşar nəhəng asteroid vaxtilə yer kürəsində dinozavrların nəslinin kəsilməsinə də səbəb olub.

İngilis qəzeti yazır ki, sözügedən nəhəng asteroid Puetro-Riko sahillərinə düşəcək: "Asteroidin yerə çırpılması nəticəsində Atlantik okeanında təqribən 90 metr hündürlüyündə sunami baş verəcək. Sunami nəticəsində isə Böyük Britaniya, Hollandiya, İspaniya, Portuqaliya və Amerikanın şərq hissəsində yerləşən ərazilərin böyük hissəsi su altında qalacaq, 30 milyon insan eyni anda həlak olacaq, 40 milyon insan isə itkin düşəcək".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm