Quruda yaşayan qatil balıqlar – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Quruda yaşayan qatil balıqlar – FOTOLAR

İndi dünyanın bir çox elm adamları quruda yeriyən, hətta ağaclara dırmaşa bilən bu qatil balıqlardan danışır.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, normalda bir akvarium balığı kimi görünən, lakin hələlik elmə bəlli olmayan səbəbdən quruda yaşaya bilən bu balıqlara Şimali Avstraliyadakı Queensland adasında və ona yaxın Torres boğazında rast gəlinib.

Məlum olub ki, sözügedən ərazilərdə aşkarlanan balıqlar quruda da hərəkət edə bilirlər. Hətta, bu balıqlar rütubətli ərazilərdə 24 saat quruda qala bilir və ağaclara dırmanaraq kiçik quş balalarını ovlayır. Sözügedən balıqlar həm şirin, həm də duzlu suda yaşaya bilirlər.

"James Cook" Universitetinin professoru Nathan Waltham qatil balıqların Papua-Yeni Qvineyadan gəldiyini və Avstraliyada quru mühitə adaptasiya olduğunu ehtimal edir.

Bu balıqların ən kiçiyinin boyu 13 santimetr, ən böyüyünün boyu isə 25-30 santimetr təşkil edir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm