• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Psixologiyanız haqqında maraqlı test – FOTOLAR

  • Maraqlı
  • 25 Avqust 2015 13:15
  • 1 127 Baxış
Psixologiyanız haqqında maraqlı test – FOTOLAR

Psixoloqlar xarakteri müəyyən etmək üçün müxtəlif testlər hazırlayır. Publika.az onlardan birini təqdim edir:

Bu şəkillərdən birini seçin və mənasını oxuyun.

Nasıl bir karaktere sahipsiniz? Test edin

1. Ətrafda baş verən hadisələri hamıdan çox ürəyinizə salırsınız. Özünü yuxarıdan aparan insanlara nifrət edirsiniz. Boş-boş söhbət etməkdənsə, tək qalmağa üstünlük verirsiniz. Amma yaxın dostlarınızla əlaqələriniz çox qüvvətlidir. Buna baxmayaraq, tək qalmaq sizi qorxutmur.

2. Özünüzü inkişaf etdirmək və heç kimdən asılı olmamaq üçün gecə-gündüz çalışırsınız. Bacarıqlarınız sizə hər bir işdə uğur gətirir. Müstəqil həyat naminə düşünmədən hərəkət edən tiplərdən deyilsiniz. Əksinə, öz ağlınızla, heç kimin məsləhəti olmadan iş görməyi sevirsiniz.

3. Maraqlı və müxtəlif işlərə baş qoşursunuz. Adi və monoton həyat sizi tez bezdirir. Bütün hadisələrdə baş rolda olmağı xoşlayırsınız. Əslində, baş verənlərin əsas səbəbkarı da siz özünüzsünüz.

4. Hər kəs sizə hörmət edir, çünki siz bir çox məsələdə onlara böyük məmnuniyyətlə yardım edirsiniz. Çox mehriban və insanpərvər kimi tanınırsınız. Şablon və şişirdilmiş hər şeyi rədd edirsiniz. Modanın gətirdiyi yeniliklərdən də asılı deyilsiniz. Əksinə, sizin üçün geyim praktik və rahat olmalıdır.

5. Həyatınızın taleyinizdən asılı olduğunu düşünmürsünüz. Problemlərinizi rahat və tez həll edir, gündəlik həyatınızda realist olmağa üstünlük verirsiniz. Sizi hər kəs məsuliyyətli biri kimi tanıyır. Sizin özünüzə inamınız sayəsində ətraf da sizdən güc alır. Fikirlərinizi reallaşdırmadan sakitləşmək bilmirsiniz.

6. Hamı ilə yola gedə bilirsiniz. Qərarlarınızı müstəqil verirsiniz. Başqalarının həyatına müdaxilə etməyi xoşlamırsınız. Bəzən hər şeydən uzaqlaşıb tək qalmaq istəyirsiniz. Buna görə də gözəl məkanları yaxşı tanıyırsınız. Amma siz tənha yaşayanlardan deyilsiniz.

7. Azad həyatı sevirsiniz. "İnsan həyata bir dəfə gəlir" prinsipinə əsaslanaraq, istədiyiniz kimi yaşayırsınız. Çox maraqlı və yeniliklərə qarşı açıq insansınız. Mənfi və ya müsbət olmasından asılı olmayaraq, bütün dəyişikliklərin sizin xeyrinizə olacağına inanırsınız. Tək qalmaq qədər sizi bezdirən bir şey yoxdur. Sürpriz etməyi və sürprizlərlə qarşılaşmağı çox xoşlayırsınız.

8. Çox romantiksiniz. Hadisələri olduğu kimi qəbul edə bilmirsiniz. Sizin üçün hissləriniz daha əhəmiyyətlidir. Bundan başqa, olduqca xəyalpərəstsiniz. Romantizmi rədd edən insanlarla yola getmirsiniz. Duyğularınıza qarşı çıxan hər kəsdən uzaqlaşırsınız.

9. Sizi sevindirmək çox asandır. Həyatdan yüksək tələbləriniz yoxdur. Adi yarpaq belə sizin əhvalınızı qaldıra bilər. Ümumiyyətlə, əylənməyi, deyib-gülməyi xoşlayırsınız. Özünüz kimi kübar insanlarla dostluq edirsiniz.

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR