Sığorta yeniyetməni 2 milyonluq cərimədən xilas etdi - FOTOLAR\VİDEO
Bizi izləyin

Bilgi.az

Sığorta yeniyetməni 2 milyonluq cərimədən xilas etdi - FOTOLAR\VİDEO

Tayvanda rəsm qalereyasını ziyarət edən oğlan yıxılaraq 2 milyonluq rəsm əsərini korlayıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 12 yaşlı oğlan qalereyada tarazlığını itirərək yerə qoyulmuş XVII əsrə məxsus rəsm əsərini tapdalayıb. Nəticədə əsər üzərində yumruq boyda dəlik açıb.

Rəsm əsəri İtalya rəssamı Paolo Porporaya məxsusdur və qiyməti 2 milyon dollardan çoxdur.

Qalereya işçilərinin sözlərinə görə, oğlan bələdçiyə qulaq asdığı üçün addımlarına fikir verməyib və müvazinətini itirərək bahalı rəsm əsərini korlayıb.

Sığorta hesabına əsər bərpa olunduqdan sonra İtaliyaya göndəriləcək.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm