Bilgi.az
Sensasiyalı tapıntı su problemini həll edəcək? - FOTO
Yerin dərinliklərində, yüz kilometrlərlə aşağıda nəhəng içməli su ehtiyatları var. Bu suyun həcmi planetimizdəki bütün okeanlardakı sulardan daha çoxdur.
Fəqət həmin su ehtiyatları adi su formasında yox, rinqvutid mineralındakı hidroksil qruplar formasındadır.
Milli.Az Nature-a istinadən bildirir ki, zəlzələlər zamanı seysmik dalğaların yayılmaları ilə bağlı aparılmış müşahidələr Yerin yuxarı və aşağı mantiyaları arasındakı sərhəddə, 410-660 km dərinlikdə dalğaların sürəti kəskin şəkildə dəyişir.
Alimlərin fikrincə, bunun səbəbi Yerin yuxarı mantiyasının əksər
hissəsini təşkil edən olivin mineralının strukturunun dərinlikləri
ilə bağlıdır. Olivinin bu forması rinqvutid adlanır.
Hələ kimsə rinqvutid mineralını görməyib, çünki onun olduğu dərinlik süxur nümunələrinin çıxarılması üçün həddən ziyadə dərindir.
Kanadanın Edmonton şəhərindəki Albert Universitetinin professoru Qrem Pirson və onun həmkarları rinqvutid nümunələrini ilk dəfə almaz süxurlarında aşkarlayıblar.
Məlum olub ki, nümunənin 1,5 faizi hidroksil qrupu (OH) formasında sudur.
Əgər bu rinqvutid nümunəsi Yerin yuxarı və aşağı mantiyaları arasındakı sərhəd zonada yer alırsa, onda alimlərin hesablamalarına görə, Yerin çox dərin qatlarında 1,4*10^21 kiloqram su var.
Rinqvutid mineralı avstraliyalı mineraloq-geoloq Ted Rinqvudun şərəfinə belə adlanır.
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi