Gözlər qəlbin aynasıdır, bəs qaşlar?
Bizi izləyin

Bilgi.az

Gözlər qəlbin aynasıdır, bəs qaşlar?

Aparılan araşdırmalar qaşların üz cizgilərimizi müəyyənləşdirən ən önəmli ünsür olduğunu sübut edib.

Adətən, "gözlər qəlbin aynasıdır" - desək də, alimlər hisslərimizi, duyğularımızı ən çox qaşlar sayəsində əks etdirdiyimizi deyirlər.

Kanadada aparılan tədqiqatlar zamanı 25 nəfərə məşhurların əvvəlcə qaşsız, sonra isə gözsüz fotoları göstərilib. Onların 56 faizi gözləri olmayan məşhurları asanlıqla tanısalar da, yalnız 46 faiz iştirakçı qaşları olmayan ulduzları tanıya bilib.

Tədqiqatçılar bu nəticənin onları təəccübləndirdiyini vurğulayıblar. Araşdırmanın ortaya çıxardığı digər maraqlı məqam isə qalın və təbii qaşlara sahib olan insanların daha çox diqqət çəkdiyi və qarşı cinsin marağını cəlb etmələridir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm