• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Rusiya Norveçi “işğal” etdi - VİDEO

  • Maraqlı
  • 27 Avqust 2015 22:17
  • 1 535 Baxış
Rusiya Norveçi “işğal” etdi - VİDEO

Norveçin TV2 telekanalı ölkənin Rusiya tərəfindən "işğal"ından bəhs edən serialın anonsunu verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, serial qarşıdakı televiziya mövsümündə efirə veriləcək.

Serialın süjetinə görə, hakmiyyətə ekologiyanın çirklənməsinə qarşı çıxan partiya gəlir və neft-qaz hasilatını dayandırır. Bundan sonra Rusiya ordusu ölkəni işğal edir və karbohidrogen ehtiyatlarının olduğu yataqlar üzərində nəzarəti ələ keçirir.

Serial Norveç televiziya tarixində 9,6 milyon avro ilə ən bahalı layihə hesab edilir. Serialın nümayiş hüququnu artıq Böyük Britaniya, Almaniya, Fransa, Danimarka, İsveç, İslandiya, Belçika və Hollandiya telekanalları alıblar.

Rusiyanın Norveçdəki səfirliyi isə serialla bağlı təəssüfünü ifadə edib. Onun sözlərinə görə, serialda tamamilə real ölkələrdən, həmçinin Rusiyadan söhbət gedir. İkinci Dünya Müharibəsində alman-faşist işğalçılarından Şimali Norveçin azad olunmasında Sovet ordusunun qəhrəman rolunun unudulduğunu deyən səfir "soyuq müharibə"nin pis ənənələrinin davam etdirildiyini, Norveç tamaşaçısının mövcud olmayan təhlükə ilə qorxudulduğunu söyləyib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR