Bu filmə mütləq baxın - VİDEO
Bizi izləyin

Bilgi.az

Bu filmə mütləq baxın - VİDEO

Yunanıstanlı rejissor Nensi Spezioti gündəlik həyatımızda rast gəlinən irqçiliyə qarşı "Cəfər" adlı qısametrajlı film çəkib. Film insanları düşünməyə, görünüşə görə mühakimə etməməyə çağırır.

Filmin ssenarisinə əsasən, valideynləri 5 yaşlı qızı həkimə gətirir. Onlar dəhlizdə həkimi gözləyərəkən başqa millətin nümayəndəsi oturmuş divanda əyləşmək qərarına gəlirlər. Balaca qız ayrı millətdən olan gənc oğlanın yanında əyləşsə də, anası bu bəyənməyərək qızı ilə yerini dəyişir. Lakin bu səfər qadın özü qara dərili insanın yanında əyləşməli olur. Köməyə ata gəldi, o, öz yerini qadına verərək ayaq üstə qalmalı oldu.

Bir müddətdən sonra tibb bacısı gələrək ailəni həkimin kabinetinə dəvət etdi. Başqa millətdən olan gənc oğlan da həkimin otağına çağırıldı. Sən demə, ailənin uzaq durmağa çalışdığı qara dərili gənc oğlan, xərçəng xəstəliyi ucbatından kəllə sümüyü köçürülməsi əməliyyatını keçirən qıza donorluq edib. Ailənin uzaq qalmağa çalışdıqları gənc oğlan əslində qızın həyatını xilas etməklə ona yaşamaq imkanı verib.

Publika.az həmin qısametrajlı filmi təqdim edir:

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm