Cinsi gücü artırmaq üçün törədilən vəhşilik - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Cinsi gücü artırmaq üçün törədilən vəhşilik - FOTOLAR

Sibirdə insanların cinsi performansını artırmaq üçün erkək maralların buynuzlarını kəsirlər.

Publika.az xəbər verir ki, həmin prosesi əks etdirən fotolar hər kəsi şoka salıb.

Heyvanların hüquqlarını müdafiə edən təşkilatlar iddia edir ki, marallara qarşı törədilən bu vəhşilik onların qanının tərkibində olan maddəylə bağlıdır. İddialara görə, maralların qanında testosteron hormonunu artıran maddə var. Maral buynuzundan axan qandan əldə edilən dərmanlar Cənubi Koreya başda olmaqla bir çox Asiya ölkələrinə baha qiymətə satılır. Həmin ölkələrdə maral qanından kişilərlə yanaşı, qadınların da istifadə etdiyi, qanın qadınları yaşlanmağa qoymadığına inandıqları deyilir.

Erkək marallar hər il yeni buynuz çıxartdıqca bu proses təkrarlanır. "Təbii viaqra" əldə etmək istəyənlər bu günahsız heyvanlara, sözün əsl mənasında, işgəncə verirlər.

Qeyd edək ki, orta əsrlər dövründən bəri insanlar maral qanının möcüzəvi gücünə inanıblar.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm