44 yaşlı İordaniya kraliçası qızı ilə Fransanı ziyarət etdi - FOTOLAR
Bizi izləyin

Bilgi.az

44 yaşlı İordaniya kraliçası qızı ilə Fransanı ziyarət etdi - FOTOLAR

Kral ailələrinin ən gözəl nümayəndələrindən biri - İordaniya kraliçası Raniyə əl-Abdullah qızı İman ilə birlikdə Fransaya rəsmi səfər edib. Onlar bu ölkədə keçirilən İşəgötürənlər Federasiyasının konfransında iştirak ediblər.

Bu yaxınlarda dünyanın ən dəbli geyinən kübar xanımları siyahısına düşən 44 yaşlı kraliça növbəti dəfə öz qüsursuz geyim üslubu ilə dəb ekspertlərinin müsbət rəyini alıb.

Publika.az xəbər verir ki, kraliça 18 yaşlı qızı ilə oxşar tərzdə geyinib. Gənc şahzadə də ağ qiyafəsi üçün bej rəngli ayaqqabı və klatç seçib. Ana ilə qızın makiyajının eyni olması da diqqətdən yayınmayıb.

Ana və qız ertəsi gün Paris muzeylərini gəziblər.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm