Marsda yaşamaq uğrunda sınaqlar başladı - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Marsda yaşamaq uğrunda sınaqlar başladı - FOTOLAR

Havay adalarında Marsda yaşamağa gedəcək insanların sınağı başlanıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 6 nəfər 1 il ərzində təcrid olunmuş günbəzin içərisində yaşayacaq. Onların yaşayacağı günbəzin diametri 11 metr, hündürlüyü isə 6 metrdir.

Marsa yollanacaq könüllülər qrupuna astrobioloq (ABŞ), fizik (Almaniya), pilot, memar, həkim və jurnalist (ABŞ) daxildir.

Sınaq keçəcək könüllülərdən biri deyib: "Bu 6 nəfər dünyanı dəyişmək istəyən şəxslərdir və onlar hər bir şəraitdə yaşamağı bacarmalıdır".

O da qeyd olunur ki, günbəzdə hərənin ayrıca çarpayılı və stollu otağı olacaq. Onların qəbul edəcəyi qidaya konservləşdirilmiş tuna balığı və pendir tozu daxildir. Könüllülər skafandrda gəzəcək və internetə çıxışları olmayacaq.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm